Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Technote.az
  3. Yeni Honor 50 smartfonları təqdim olunub – QİYMƏTİ
 Yeni Honor 50 smartfonları təqdim olunub – QİYMƏTİ
Technote.az

Yeni Honor 50 smartfonları təqdim olunub – QİYMƏTİ

05 İyul 2021 16 6 Dəfə oxundu

    Keçən il Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor özünün yeni Honor 50 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Honor 50, Honor 50 Pro və Honor 50 SE modelləri daxil olublar. Honor 50 və Honor 50 Pro modelləri yeni Qualcomm prosessoru, yüksək təsvir tezliyinə sahib ekranlar, təkmilləşdirilmiş kameralar və sürətli şarj texnologiyası əldə ediblər. Honor 50 SE modeli isə MediaTek prosessoruna sahibdir. Honor 50 və Honor 50 Pro modelləri xarici görünüşcə bir-birinə bənzəsələr də onlar arasında bəzi fərqlər mövcuddur. İlk öncə qeyd etmək lazımdır ki, hər iki smartfon, kənarları 75 dərəcə əyilmiş OLED ekrana sahibdir.

<!– –>

    Lakin Honor 50 modeli 6.57 düym ekran ilə təchiz olunub və onun üzərində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yuxarı mərkəz hissəsində yerləşdirilib. Honor 50 Pro isə 6.72 düym ekran ilə təchiz olunub və onun üzərində ön kamera çıxıntısı yuxarı sol hissədədir. Hər iki smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Smartfonların arxa panel dizaynları eynidir. Sözügedən modellər öz aralarında bəzi texniki göstəricilərə görə də fərqlənirlər. Qeyd etmək lazımdır ki, hər iki smartfon Qualcomm-un yeni 6 nanometrlik Snapdragon 778G prosessoruna sahibdir. Bunun sayəsində smartfonlar GPU Turbo X texnologiyasını dəstəkləyirlər.

    Bu texnologiya mobil oyunlarda daha axıcı təcrübə əldə etmək üçün sistem resurslarının paylanmasının optimizasiyası ilə məşğul olur. Digər özəlliklərə gəldikdə isə adi Honor 50 modeli 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP + 2 MP dördlü arxa kamera, 32 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnolpgiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 50 Pro modeli 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 32 MP + 12 MP ikili ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Honor 50 Pro-nun arxa kameraları adi modeldəki kimidir. Şirkətin məlumatına əsasən Pro modeli 100 vatt gücündə olan sürətli şarj texnologiyası sayəsində 100% enerjini 25 dəqiqəyə yığa bilir. Hər iki smartfon MagicUI 4.2 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Ən əsası odur ki, yeni Honor 50 smartfonları qlobal bazarda Google servisləri ilə birlikdə satılacaqlar. Yeni smartfonlar 25 iyun tarixində Çində satışa çıxacaqlar. Lakin şirkət artıq təsdiqləyib ki, onlar digər ölkələrdə də satılacaqlar. Honor 50 ilə Honor 50 Pro-nun satış qiymətləri aşağıdakı kimidir:

– 8 GB RAM-a və 128 GB yaddaşa sahib Honor 50 – 422$

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 – 469$

– 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 – 531$

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 Pro – 578$

– 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 Pro – 625$.

    İndi isə gələk Honor 50 SE modelinə. Bu model xarici görünüşcə adi Honor 50-yə bənzəyir. Sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym IPS ekrana sahibdir. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ekranın yuxarı mərkəz hissəsində yerləşir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki özəlliklər baxımından smartfon 5G dəstəkli 6 nanometrlik MediaTek Dimensity 900 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 difraqma) + 8 MP (f/2.2 diafraqma və 112 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 50 SE modeli 2 iyul tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda nə zaman satılacağı barəsində məlumat verilməyib. 128 GB yaddaşa sahib versiya 375$-a, 256 GB yaddaşa sahib versiya isə 420$-a satılacaq.

Mənbə – Technote.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 8 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email