Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. YAP Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar bəyanat verib
 YAP Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar bəyanat verib
Oxu.az

YAP Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar bəyanat verib

06 İyul 2021 1 6 Dəfə oxundu

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir:

“30 ilə yaxın Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğal siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi. BMT-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və bu işğalın dayandırılmasına dair 4 qətnaməsinin qəbul edilməsinə, Azərbaycanın münaqişənin sülh yolu ilə uzun illər həll olunmasına dair səy göstərməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətinə davam edirdi. İşğalçılıq siyasəti təkcə döyüş meydanında deyil, həm də Azərbaycana qarşı ekoloji terror aparılmaqla da həyata keçirilirdi. İşğal dövründə Azərbaycanın təbii zənginliklərlə dolu Qarabağ bölgəsi ciddi ziyana məruz qalmışdır. Meşələr yandırılmış, çaylar zəhərli tullantılarla çirkləndirilmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq Azərbaycan Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatları keçirərək, 44 gün ərzində işğal altında olan torpaqlarını azad edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Həmin ərazilər işğaldan azad edildikdən sonra, ərazidə böyük quruculuq işlərinə başlanıldı, xüsusilə məhv edilmiş flora və faunanın bərpası istiqamətində ciddi işlər aparılır.”

YAP Gənclər Birliyinin Bəyanatında qeyd olunur ki, Ermənistan tərəfindən ciddi çirklənməyə məruz qalmış çaylardan biri də Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən 83 kilometrlik uzunluğa malik olan Oxçuçaydır. Həmin çayın 47 kilometrlik hissəsi məhz Ermənistan ərazisindən keçir ki, bu da çayın çirklənməyə məruz qaldığı əsas yerdir. Burada fəaliyyət göstərən Zəngəzur mis-molibden zavodu çayın çirklənməsinin əsas səbəbkarıdır. Lakin buna baxmayaraq, şirkət bu məsuliyyətdən yayınmağa çalışır və həmin iddiaları qəbul etmir. Bir zamanlar əkinçilik məqsədləri üçün istifadə olunan və nadir balıq növlərinin olduğu bu çay indi yüksək səviyyədə çirklənməyə görə canlı aləmi məhv edir. Çayın suyu həddindən artıq zəhərli olduğuna görə burada heç bir canlı yaşamır və bu səbəbdən “ölü çay” adlanır.

“Zəngilan rayonu azad olunduqdan sonra ekoloqlar tərəfindən bu bölgədə ekoloji vəziyyətlə bağlı, xüsusilə Oxçuçayda suyun çirklənməsinə dair araşdırmalar aparılıb. 2021-ci ilin yanvar-mart aylarında sudan alınan nəticələr onu göstərir ki, burada yüksək miqdarda ağır metallar – mis, molibden, manqan, dəmir, sink və xrom vardır. Bu cür çirklənmə flora və faunaya ciddi zərər verməklə yanaşı, insan həyatına da xüsusi təhlükə yaradır. Suyun tərkibində qeyd olunan ağır metalların çoxluğu insan orqanizmində mədə-bağırsaq traktının pozğunluqlarından tutmuş böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərlə bədənin ürək-damar, sinir və hematopoetik sistemlərinin pozulmasına qədər fəsadlara səbəb olur. Oxçuçaydan alınan nümunələr bir daha sübut edir ki, Zəngəzur mis-molibden zavodu bu çaya çirkli suyu təmizləmədən axıdır, – YAP Gənclər Birliyinin Bəyanatında belə deyilir.  

Dünyada içməli suya tələbatın getdikcə artdığı xüsusi vurğulanan Bəyanatda daha sonra bildirilir:

“BMT-nin məlumatına görə, dünya əhalisinin təqribən 2,2 milyard nəfəri təhlükəsiz idarə olunan içməli suya sahib deyil. 2040-cı ildə qlobal su tələbatı 50 %-dən çox arta bilər və 2050-ci ilə qədər ildə su çatışmazlığından əziyyət çəkən ərazilərdə yaşayan əhalinin sayı 5,7 milyard nəfərə çatacaq. 70 % su ehtiyatlarının qonşu ölkələrin ərazisindən keçərək gəldiyi Azərbaycan üçün şirin su məsələsi çox aktualdır. Lakin Ermənistanın Transsərhəd Su Axınlarına dair Helsinki Konvensiyasına qoşulmaması onun beynəlxalq hüquq qarşısında məsuliyyət daşımaqdan boyun qaçırmasına şərait yaradır. Bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.

YAP Gənclər Birliyi olaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ətraf mühitlə bağlı təşkilatları Ermənistanın əməllərinə qarşı laqeyd qalmamağa çağırırıq. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terror əməllərini kəskin şəkildə pisləməlidir. 30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı işğal siyasəti milyonlarla azərbaycanlının taleyinə ciddi təsir edib, onminlərlə insan qətlə yetirilib, yüzminlərlə insan yaşayış yerlərindən məhrum olunub. Bu təcavüzün ekoloji müstəvidə davam etməsinə təsirsiz qalmaq bütün dünya ictimaiyyətini narahat etməlidir”.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 8 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 6 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 6 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email