Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Baku.ws
  3. Vətəndaşların pulunu ələ keçirən şəxslərin cinayət işi məhkəməyə göndərilib
 Vətəndaşların pulunu ələ keçirən şəxslərin cinayət işi məhkəməyə göndərilib
Baku.ws

Vətəndaşların pulunu ələ keçirən şəxslərin cinayət işi məhkəməyə göndərilib

05 İyul 2021 2 3 Dəfə oxundu

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının nüfuzuna xələl gətirən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Çingiz Məcnunzadənin qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Çingiz Məcnunzadənin İmamqulu Quliyev, Elşad Xəlilov və Qoşqar Bağırzadə ilə qabaqcadan əlbir olub özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində zərər görmüş sahibkarlara 5 min manat məbləğində birdəfəlik maddi yardımının edilməsi və vergi ödəyicilərinin borclarının silinərək müvafiq hesablarına tətbiq olunmuş məhdudiyyətlərin ləğv edilməsinə dair yalan vəd verərək həmin orqanın səlahiyyətli vəzifəli şəxslərinə verilməsi adı ilə ayrı-ayrı şəxslərdən ümumilikdə 141 min manat məbləğində pul vəsaitini təkrar dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranmışdır.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Çingiz Məcnunzadə və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, Çingiz Məcnunzadə barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

BAKU.WS

Mənbə – Baku.ws

Etiketlər: Hadisə
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Baku.ws

Minalanmış ərazilərdən dəmir yığan şəxslər HƏBS OLUNDU

04 Fevral 2022 3 2 Dəfə oxundu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə icazəsiz daxilolmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin

Report.az

Azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub

04 Fevral 2022 3 2 Dəfə oxundu

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan

Report.az

Gəncədə ata və oğul bıçaqlanıb

04 Fevral 2022 3 2 Dəfə oxundu

Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaq xəsarəti alıblar. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email