Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. index.az
  3. Vətəndaşların 141 min manatını mənimsəyən şəxsə cinayət işi açıldı
 Vətəndaşların 141 min manatını mənimsəyən şəxsə cinayət işi açıldı
index.az

Vətəndaşların 141 min manatını mənimsəyən şəxsə cinayət işi açıldı

05 İyul 2021 8 3 Dəfə oxundu

Image description

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının nüfuzuna xələl gətirən Çingiz Məcnunzadənin qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İndex.az xəbər verir ki, Baş Prokurorluqda aparılan istintaq-əməliyyat tədbirləri ilə Çingiz Məcnunzadənin İmamqulu Quliyev, Elşad Xəlilov və Qoşqar Bağırzadə ilə qabaqcadan əlbir olub özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində zərər görən sahibkarlara 5 min manat məbləğində birdəfəlik maddi yardımının edilməsi və vergi ödəyicilərinin borclarının silinərək müvafiq hesablarına tətbiq olunan məhdudiyyətlərin ləğv edilməsinə dair yalan vəd verərək həmin orqanın səlahiyyətli vəzifəli şəxslərinə verilməsi adı ilə ayrı-ayrı şəxslərdən ümumilikdə 141 min manat məbləğində pul vəsaitini təkrar dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Çingiz Məcnunzadə və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq – təkrar törədildikdə), 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, Çingiz Məcnunzadə barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz

Mənbə – Index.az

Etiketlər: Xəbər bloku / MALİYYƏ / SOSIAL
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
index.az

Nağdsız əməliyyatların həcmi bir ildə 83% artıb

24 Yanvar 2022 2 3 Dəfə oxundu

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artıb. İndex.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə,

index.az

Əhali ötən il mağazalarda 53 milyard manat pul xərcləyib

22 Yanvar 2022 1 2 Dəfə oxundu

2021-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat təşkil edib. İndex.az Dövlət

index.az

Ronaldunun 288 min avrosu mənimsənilib

20 Sentyabr 2021 2 2 Dəfə oxundu

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu 3 il ərzində fırıldaqçı qadın tərəfindən aldadılıb. İndex.az “Jornal de Noticias” qəzetinə istinadən

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email