
Ukrayna ABŞ, Polşa və Litva ilə birgə hərbi təlimlər keçirəcək

Ukrayna ordusu ABŞ, Polşa və Litva ilə birlikdə 17-30 iyul tarixlərində hərbi təlimlər keçirəcək.
Ukraynanın qərb hissəsində keçirilməsi planlaşdırılan “Three Swords-2021” (üç qılıncı) adlı təlimlərə 1200-dən çox hərbi qulluqçu, 200-dən çox texnika cəlb ediləcək.
Bildirilir ki, Lvov bölgəsindəki Yavoriv poliqonunda keçiriləcək təlimlər hərbi qulluqçuların döyüş qabiliyyətini artırmaq və səviyyəsini yüksəltmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az