
UEFA Avro-2020 finalının oynanılacağı topu təqdim etdi – FOTO
UEFA AVRO-2020-nin final matçının oynanılacağı topu təqdim edib.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Futbol üzrə Avropa çempionatının finalı iyulun 11-də Londonun məşhur “Uembli” stadionunda keçiriləcək.
İlk finalçı iyulun 6-da İtaliya – İspaniya, ikinci isə 7 iyulda İngiltərə – Danimarka qarşılaşmalarından sonra bəlli olacaq.