
Üç ölkənin Əfqanıstanın Məzari-Şərifdəki konsulluğu işini dayandırıb

Əfqanıstanın Bəlx əyalətində vəziyyətin gərginləşməsi, “Taliban” qiyamçılarının ölkənin şimalına-Mərkəzi Asiya dövlətlərinin sərhədlərinə doğru irəliləyərək daha çox ərazi ələ keçirməsi ilə əlaqədar Türkiyə, İran və Pakistanın Məzari-Şərif şəhərindəki konsulluqları işini dayandırıb.
Məlumatda bildirilir ki, Qazaxıstan, Tacikistan və Özbəkistanın Əfqanıstandakı diplomatik missiyaları Əfqanıstan vətəndaşları üçün viza verilməsini məhdudlaşdırıblar.
Xatırladaq ki, “Taliban” qiyamçıları Əfqanıstanın şimalında 100-dən artıq rayona nəzarəti ələ keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tacikistan
Əfqanıstan
Taliban