
Türkiyədə daha 52 nəfər virusun qurbanı oldu

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 52 nəfər vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
<!–
(adsgarden = window.adsgarden || []).push({});–>
Bildirir ki, iyulun 7-də yoxlanış məqsədilə götürülən 225 min 253 testdən 5 min 160-ı müsbət çıxıb.
Həmçinin, sutka ərzində 4 min 636 nəfər sağalıb və ya karantin müddətini başa vurub.