
Türkiyə ordusuna MPT-76 əsasında istehsal edilən qumbaraatanlar tədarük edilib

Türkiyənin təhlükəsizlik qüvvələrinə MPT-76 piyada tüfənglərinin əsasında istehsal edilən qumbaraatanlar tədarük edilib.
“ATA Arms” tərəfindən istehsal olunan silahların növbəti partiyası Türkiyə ordusuna təhvil verilib.
Müstəqil olaraq istifadə edilə bilən və ya avtomatın altına quraşdırıla bilən BA40 qumbaraatanları yerli və milli imkanlarla istehsal edilib. Sistem 228 mm uzunluğunda lülə mexanizminə malikdir.
Sevinc Əliyeva
Ordu.az