Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Ordu.az
  3. “The Telegraph”: Azərbaycan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa edir
 “The Telegraph”: Azərbaycan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa edir
Ordu.az

“The Telegraph”: Azərbaycan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa edir

06 İyul 2021 3 4 Dəfə oxundu

Böyük Britaniyanın “The Telegraph” saytında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa etməsi ilə bağlı məqalə dərc olunub.

Ordu.az xəbər verir ki, məqalədə 1990-cı illərin əvvəllərində Qarabağın ermənilərin nəzarətinə keçməsindən sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün silahlı şəxslər tərəfindən hədəf kimi istifadə edildiyi bildirilib.

Qeyd olunub ki, həmin büst azərbaycanlılar tərəfindən xilas edilib və uzun illər ərzində qorunub saxlanılıb. 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatların gedişində Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildikdən sonra Üzeyir Hacıbəylinin, həmçinin Xurşidbanu Natəvanın və Bülbülün illərdir Azərbaycan İncəsənət Muzeyində saxlanılan güllələnmiş büstləri öz yerlərinə qaytarılıb.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinə istinadla bildirilib ki, bu abidələr Birinci Qarabağ müharibəsindən əvvəl Şuşada yerləşirdi, lakin ermənilər Azərbaycan mədəniyyətinə olan münasibətlərini göstərərək onları gülləbaran etmişdilər.

Müəllif vurğulayıb ki, ötən ilin sonlarında altı həftə davam edən müharibə zamanı Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib. Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalamağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə məcburi köçkünü Azərbaycanın işğaldan azad edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərə qaytarmağı planlaşdırır. Prezident İlham Əliyev, eyni zamanda, işğaldan azad olunmuş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

“The Telegraph”ın müxbiri vurğulayır ki, Prezident İlham Əliyev ağır döyüşlərdən sonra azad olunan Şuşaya artıq bir neçə dəfə səfər edib və orada infrastruktur obyektlərinin açılışında iştirak edib. Azərbaycan Prezidenti, həmçinin on illər boyu erməni vəhşiliyinə məruz qalan Şuşanın turizm cənnətinə çevriləcəyini vəd edib. Bildirib ki, Şuşa təkcə Azərbaycanın və bölgənin deyil, həm də dünyanın mədəniyyət paytaxtlarından biri olacaq.

Məqalədə vurğulanıb ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Zəfər yolu tikilir, böyük yenidənqurma layihələri həyata keçirilir. İnfrastruktur layihələri çərçivəsində bölgədə bir neçə yeni elektrik stansiyası inşa edilib. Şuşada köhnə binaların sökülməsi, muzeylərin və mədəniyyət obyektlərinin bərpası işləri aparılır. Şuşa qalası təmir olunub, şəhərin mərkəzindəki erməni kilsəsində bərpa işləri davam edir.

Müəllif Azərbaycan rəsmilərinə istinadla bildirir ki, uzun illərdir doğma yurdlarından məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları bu ərazilərə qaytarılacaq, eyni zamanda, Qarabağ erməniləri də bu bölgədə yaşaya bilərlər.

Ordu.az

Mənbə – Ordu.az

Etiketlər: Region
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Ordu.az

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək

04 Fevral 2022 3 2 Dəfə oxundu

Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib. Ordu.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti

Ordu.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTOLAR

04 Fevral 2022 3 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki,

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email