Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Ordu.az
  3. Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan 19 yaşlı qəhrəman
 Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan 19 yaşlı qəhrəman
Ordu.az

Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan 19 yaşlı qəhrəman

05 İyul 2021 9 5 Dəfə oxundu

Cəlal Ağahüseyn oğlu İslamov Vətən müharibəsində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ordu.az xəbər verir ki, şəhid Cəlal İslamov 2001-ci il iyul ayının 3-də Xaçmaz rayonunun Çarxı kəndində anadan olub. Orta təhsilini Gülümbala Rəsulov adına Çarxı kənd tam orta məktəbində alıb. Tələbə adını qazanan Cəlal birinci kursu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə həmlə qruplarında düşmən üzərinə atılan qəhrəman döyüşçülərimiz sırasında yer alıb.

“Övlad itkisi çox ağırdır. Amma şəhid anası olmaq qürurludur. Çünki Vətənimiz düşmən tapdağından azad olundu. Məktəbdə bütün tədbirlərdə bayraqdar Cəlal olardı. Məzun günü müəlliməsi ona bayrağımızı Şuşada dalğalandırmağı arzulayıb. Cəlal Qərbi Kaspi Universitetinin Kollecində təhsil alırdı. 18 yaşı tatam olanda hərbi xidmətə yollandı. Müharibə vaxtı əlaqə saxlayanda döyüşlərdə iştirak etdiyini bildirdi. Amma xahiş etdi ki, başqa heç nə soruşmayaq. Sonra şəhid olması xəbərini aldıq. Mən oğlumla qürur duyuram”,- deyə şəhidin anası Sevda İslamova söyləyib.

Cəlal İslamovun cəbhənin Suqovuşan və Talış istiqamətində döyüşlərdə iştirak edib. 19 yaşlı döyüşçü oktyabr ayının 7-də yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhid Cəlal İslamov doğulub boya-başa çatdığı Çarxı kəndində dəfn olunub. Çarxı kəndi Vətən müharibəsində iki şəhid verib.

İyulun 3-də ailəsi Cəlal İslamovun 20 yaşını qeyd edib.

“Mən qardaşımla fəxr edirəm. Cəlal Vətən yolunda şəhid olub. O mənim qardaşım, arxam, dayağım idi. Bütün şəhidlər mənim qardaşımdır. Onların hamısı ilə qürur duyuram. Allah onlara rəhmət eləsin. Onlar torpaqlarımız uğrunda şəhid olublar”, – deyə şəhidin bacısı Günel Məlikova söyləyib.

Qəhrəman əsgər ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.













Ordu.az

Mənbə – Ordu.az

Etiketlər: Region
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Ordu.az

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək

04 Fevral 2022 3 2 Dəfə oxundu

Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib. Ordu.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti

Ordu.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTOLAR

04 Fevral 2022 2 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki,

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email