
Tacikistan və Əfqanıstan Prezidentləri sərhəddə yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər

Tacikistan və Əfqanıstan prezidentləri Emamali Rahmon və Məhəmməd Əşrəf Qani Tacikistan-Əfqanıstan sərhədində yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Emamali Rahmon bildirib ki, bu məsələdə Tacikistanın mövqeyi Əfqanıstanın daxili işinə qarışmamaq, rəsmi hökumətin mövqeyini müdafiə etmək, qonşu ölkədə sülhün, sabitliyin və təhlükəsizliyin qorumasından ibarətdir.
Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, sərhədin etibarlı qorunması və ikitərəfli münasibətlərin digər aktual problemləri haqqında da danışıblar.