
Suqovuşan-Talış istiqamətində yerləşən post barədə reportajda hansı silah barəsində danışırlar?

“Suqovuşan-Talış istiqamətində yerləşən və daha çox “kalqotki” postu kimi məşhur olan mövqeyi artıq itirdiyimiz üçün barəsində müharibədən əvvəl məlum səbəblərlə danışmağın mümkün olmadığı məsələlər haqqında danışmaq olar”.
“Azərbaycan tərəfinin hazırladığı bu reportajda mövqelərimizin təminatı, mühəndis infrastrukturları və silah növləri haqqında ətraflı şəkildə danışılır.
Aşağıdakı epizoda diqqət çəkmək istəyirəm. Reportajda “пропановые боеприпасы” deyilir, bu barədə indiyə qədər ictimai sahədə danışılmayıb.
Bu silah növü Suriyada kifayət qədər effektiv şəkildə tətbiq olunub, bundan sonra bu texnologiyanı Ermənistan ordusunda da tətbiq ediblər.
İlk baxışdan bu silah 120 mm-lik minaatana oxşayır”, – deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az