Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Metbuat.az
  3. “Soros şəbəkəsi”nin komponentləri Bakıda fərqli adlar altında yenidən dirçəldilirlər:
 “Soros şəbəkəsi”nin komponentləri Bakıda fərqli adlar altında yenidən dirçəldilirlər:
Metbuat.az

“Soros şəbəkəsi”nin komponentləri Bakıda fərqli adlar altında yenidən dirçəldilirlər:

06 İyul 2021 3 8 Dəfə oxundu

“Soros” Fondu rəsmi təqdimatda donor institutu kimi təqdim edilsə də, media sahəsində kompleks proqramlara malik olan şəbəkə koordinatorudur. Bu şəbəkənin fəaliyyətinə media üzrə təhsilin təşkilindən başlamış ayrı-ayrı KİV-lərin, jurnalist təşkilatlarının maliyyələşdirilməsinə qədər müxtəlif istiqamətlər daxildir. Azərbaycanda qeydiyyatda olduğu dövrdə burada da eyni fəaliyyətlə məşğul olub: jurnalist təhsili, təlimindən başlamış, çoxsaylı KİV-lərin, jurnalist təşkilatlarının maliyyələşdirilməsinə, onların şəbəkələşdirilməsinə qədər fərqli proqramlar icra edib. Maraqlı olan məqam sonucda həmin media şəbəkəsindən hansı məqsədlər üçün istifadə edilməsidir. Qısa deyə bilərik ki, Azərbaycan ətrafında uzun müddət formalaşdırılan qeyri-məqbul imicin müəllifi məhz “Soros”un media sahəsində yaratdığı şəbəkə olub.

“Soros Fondu” ətrafında media şəbəkəsinin yaradılması və idarə edilməsi mexanizmləri təqribən belə qurulmuşdu. İlk mərhələdə kiçik, təqribən 1000 /3000 dollar məbləğində olan qrant proqramları ilə ölkədəki bütün narazı jurnalistlər, jurnalist təşkilatları maliyyələşdirilirdilər. İkinci mərhələdə isə maliyyələşdirilmiş narazı jurnalistlər, jurnalist təşkilatları və KİV-lər arasından “prinsipialları”, yəni radikal olanları seçilib müəyyənləşdirilirdi. Onlar jurnalistika sahəsində “peşəkar təhsil almaq üçün”, əslində isə təlimatlandırılmaq və daha da radikallaşdırılmaq üçün 1 illik xüsusi kurslara göndərilirdilər. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində hər il bu məqsədlə standart olaraq 4 nəfər (2011-ci ildən sonra 6 nəfər, sonra 5 nəfər) jurnalist Gürcüstan İctimai Əlaqələr İnstitutuna (GİPA) “kursa” göndərilirdi. Çaşqınlıq yaranmasın deyə bildirək ki, GİPA bəzən onun proqramı olan Qafqaz Jurnalistika və Media Menecmenti Məktəbi (ABŞ-da mövcud olan Universitetin filialıdır) kimi də təqdim edilir. Məktəbin və burada təhsil alan tələbələrin xərclərinin əsasən ABŞ səfirliyi tərəfindən ödənildiyi elan edilir. Həmçinin, həmin şəxslər üçün “qəbul imtahanı” da ölkələr üzrə ABŞ səfirliklərinin formalaşdırdığı komissiyalar tərəfindən aparılır. Amma bu, zahiri təqdimatdır. Tələbələrin “seçilib müəyyənləşməsində” “Soros Fondu”nun təqdimatı vacibdir. Həmçinin, təhsil dövründə həmin tələbələr üçün “Soros Fondu”nun ayrıca qayğısı var. Bu qism tələbələr üçün ayrılan aylıq vəsaitin həcmi bəzən 330 dollara qədər yüksəlib.

Tələbələrin təhsillərini başa vurub geridönüşlərindən sonra isə üçüncü mərhələ başlayırdı. Bu şəxslər üçün yeni jurnalist təşkilatları, KİV qurumları yaradılır, təmsil olunduqları təşkilatlar isə möhkəmləndirilirdi. Bu məqsədlə “keçmiş tələbələrin” yaratdıları təşkilat və KİV-lər üçün orta və iri qrantlarla (10 min dollar və daha yuxarı məbləğ) təmin edilirdi. Orta və iri qrantlarla təmin edilmiş, öz aralarında şəbəkələşdirilmiş təşkilat və KİV-lər lazımi anda lazımi bəyanatları səsləndirilmək üçün istiqamətləndirilirdilər. Həmin şəbəkə üzvləri anti-Azərbaycan və qanundankənar fəaliyyətlərinə görə təzyiqlə üzləşsələr, xəsarət alsalar, peşə fəaliyyətlərində fasilə yaranardısa, bu mərhələdə də xüsusi yardımla təmin edilirdilər. Bu mərhələdə yardım “Soros Fondu”nun maliyyəsi ilə qurulmuş “Söz Azadlığını Müdafiə Fondu” tərəfindən həyata keçirilirdi.

Formalaşdırlan şəbəkə Azərbaycan içində aktiv fəaliyyətdə olmaqla yanaşı, beynəlxalq strukturlara da inteqrasiya edilirdilər. Azərbaycana qarşı ən təsirli həmlələrdən biri 2009-cu ildən etibarən formalaşdırılmış Azərbaycan Üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu tərəfindən həyata keçirilmişdi. Azərbaycan Üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu “Soros Fondu”nun Azərbaycan içində formalaşdırdığı şəbəkə ilə xaricdə formalaşdırılmış antiAzərbaycan şəbəkənin ilk koordinasiya edilən proqramı idi və ciddi nəticələr verdi. Azərbaycanda 2012-ci ildə baş tutan Avroviziya mahnı müsabiqəsi ətrafında aparılan bütün əks kampaniyalar məhz bu koordinasiyalı şəbəkə- Azərbaycan Üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu tərəfindən idarə edilmişdi.

Məsələ ondadır ki, yaşadığımız günlərdə “Soros şəbəkəsi”nin komponentləri Bakıda fərqli adlar altında yenidən təşviq edilirlər. “Turan” İnformasiya Agentliyi Gürcüstan İctimai Əlaqələr İnstitutunun (GİPA) jurnalistika üzrəmagistr pilləsinə elanın reklamını aparır. Qeyd edilir ki, GIPA-da oxuyarkən tələbələr kompüter, audio və video avadanlıqlar, internetkitabxana və digər proqramları öyrənəcəklər, veb səhifələr, multimediya proqramlar hazırlayacaqlar, GIPA FM radiosu üçün reportajlara gedəcəklər. Təhsil xərcləri də ABŞ tərəfindən ödəniləcəkvə sair.

Biz bu institutunun uzun müddət Azərbaycan üçün hansı missiyanı yerinə yetirdiyi barədə yuxarıda bilgi verdik. “Turan” İA onun hansı işlərlə məşğul olduğunu unudubmu?

Elanda GİPA-dan keçmiş məzunların işlədikləri bəzi obyektlər barədə qısa bilgi verilir. Amma rəsmi elanda göstərilən obyektlər mövcud obyektlərin 20 faizi qədərindədir. Bu məzunlar sırasından hazırda neçəsinin “siyasi məhbus”, neçəsinin “siyasi mühacir” olması, neçəsinin “xarici media qurumlarında” çalışıb antiAzərbaycan kampaniyalar aparması barədə bilgi verilmir. Təbii ki, verməzlər də, bunu gözləmək sadəlöhvlük olardı. Amma maraq doğuran başqa bir məqam var: görəsən indi GİPA dəyişibmi, yoxsa “Turan” İA onun hansı işlərlə məşğul olduğunu unudubmu? “Turan” İA GİPA-nın fəaliyyətinin nəticələri barədə məlumatsızdırmı?

Nahid

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə – Metbuat.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

“Mənə azad yaşamaq istədiyini dedi” – Arvadını güllələyən polis

10 Fevral 2022

Nəsli kəsilməkdə olan balıq ovlandı

10 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 7 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email