Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. İqtisadiyyat
  3. Saatlının Nərimanov kəndində içməli su xətti çəkilir (FOTO)
 Saatlının Nərimanov kəndində içməli su xətti çəkilir (FOTO)
İqtisadiyyat Trend.az

Saatlının Nərimanov kəndində içməli su xətti çəkilir (FOTO)

06 İyul 2021 3 3 Dəfə oxundu

Bakı. Samir Əli – Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Saatlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir.

Qurumdan Trend-ə verilən məlumata görə, layihə Nərimanov kəndi və kəndin yaxınlığında yerləşən məcburi köçkün qəsəbəsinin dayanıqlı və keyfiyyətli içməli su təminatlna hesablanıb.

Saatlı rayonunun Nərimanov kəndində içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər uzun illər Araz çayından ayrılan suvarma kanallarının və arxların suyundan istifadə ediblər. Kəndin yaxınlığındakı məcburi köçkün qəsəbəsində isə mərkəzləşmiş əbəkə mövcud olsa da içməli su Araz çayından götürülüb duruldularaq verilirdi. Yay aylarında quraqlıqla əlaqədar kənd və qəsəbənin su təchizatında ciddi çətinliklər yaranırdı.

Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına yeni layihə həyata keçirilir. Layihəyə əsasən, yaşayış məntəqələrinə içməli su təchizatı Saatlı-Sabirabad qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğuları hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Hazırda kənd ərazisində 5,5 km uzunluğunda paylayıcı şəbəkəsinin tikintisi davam etdirilir. Nərimanov kəndində əhalinin ümumi istifadəsi üçün 17 bulağın quraşdırılması layihələndirilib. Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə çıxış verilib və 1 km uzunluğunda birləşdirici xətt inşa olunub.


Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihə hesabına 2 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunacaq. Qeyd edək ki, Saatlı-Sabirabad qrup su kəmərindən Saatlı və Sabirabad şəhərləri ilə yanaşı, magistral xəttin marşrutu boyunca yerləşən 30-dək kəndə də su verilir.

Mənbə – Trend.az

Etiketlər: İqtisadiyyat
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

“Mənə azad yaşamaq istədiyini dedi” – Arvadını güllələyən polis

10 Fevral 2022

Nəsli kəsilməkdə olan balıq ovlandı

10 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Oxşar Xəbərlər
azxeber.com İqtisadiyyat

“Kontakt” bütün sevənləri 50 %-dək endirimlərlə sevindirir – KAMPANİYA BAŞLADI

04 Fevral 2022 5 5 Dəfə oxundu

“Sevdiyim şəxsi xatırlamaq üçün xüsusi bir günə ehtiyacım yoxdu” desəniz belə ona qəlbinizin dərinliyindən qopan sevginizi mənalı bir hədiyyə şəklində

İqtisadiyyat Trend.az

Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakı. Trend: Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar

İqtisadiyyat Trend.az

Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

03 Fevral 2022 2 8 Dəfə oxundu

Bakı. Ləman Zeyanlova – Trend: Fevralın 4-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Avropa ölkələrindən, eləcə

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email