Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Minval.info
  3. Şəhid olduğu deyilən 19 yaşlı əsgər evinə qayıtdı
 Şəhid olduğu deyilən 19 yaşlı əsgər evinə qayıtdı
Minval.info

Şəhid olduğu deyilən 19 yaşlı əsgər evinə qayıtdı

05 İyul 2021 15 3 Dəfə oxundu

Vətən Müharibəsinin qəhrəmanlarından biri də 19 yaşlı əsgər Ramiz Quliyevdir. O, bir çox döyüşlərdə şücaət göstərib, yaralanıb. Hətta sağ olduğu halda şəhid xəbəri belə yayılıb.

Minval.info  news24.az-a istinadən xəbər verir ki, Ramiz Quliyev bu gün xidmətini başa vuraraq tərxis olub.

Qazimizin anası Gülçin xanım açıqlamasında sevincinin yerə-göyə sığmadığını deyib:

“Onu qarşımda görmək möhtəşəm hissdir. Bunu sözlə ifadə edə bilmirəm. Allah Ramizi üçüncü dəfə bizə bəxş etdi. O xəstəxanada olarkən, şəhid xəbərini yaymışdılar. Özümə gələ bilmirdim. Ancaq Ramiz özü mənimlə əlaqə saxladı ki, hər şey qaydasındadır. Tək mən yox, bütün el-oba onun yolunu səbrsizliklə gözləyird. Oğlum Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə şücaət göstərib. Füzuli istiqamətində gedən döyüşlərdə ağır travma almışdı. Yaddaşını belə itirmişdi. Məndən başqa heç kimi tanımırdı. Bir müddət xəstəxanada müalicə aldı. Ancaq orada israrla döyüşə qoşulmaq istədiyini bildirib. Özünün xahişi ilə yenidən döyüşlərdə iştirak etdi. İkinci dəfə Şuşada Daşaltı əməliyyatı zamanı ayağından yaralandı. Həmin yaranı da minamyot zərbəsinə tuş gəlib, dərəyə düşən əsgər yoldaşını çıxarmağa gedərkən aldı. Əsgər yoldaşını çiyninə alıb, təpəyə qalxmaq istəyərkən, növbəti minamyot zərbəsi yoldaşının kürəyinə, Ramizin isə ayağına zərbə vurmuşdu. Ancaq çox şükür ki, peşəkar həkimlərin səyi nəticəsində ayağındakı qəlpələr əməliyyatsız çıxarıldı. Əks halda barmaqlarını itirmək təhlükəsi var idi. Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərman və gözəl xasiyyətnaməsi verilib. Həmçinin, təşəkkür məktubu da göndərildi. Sevincimin həddi-hüdudu yoxdur”.

Mənbə – Minval.info

Etiketlər: Ölkə
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Məşhur psixoloq vəfat etdi

11 Fevral 2022

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

“Mənə azad yaşamaq istədiyini dedi” – Arvadını güllələyən polis

10 Fevral 2022

Nəsli kəsilməkdə olan balıq ovlandı

10 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxşar Xəbərlər
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022 7 2 Dəfə oxundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin İdarə Heyətinə sədr təyin olunub. Hit.az “Report”a istinadən xəbər verir ki, bu

Hit.az

Cəbrayılda xeyli sayda mina aşkarlandı (FOTOLAR)

04 Fevral 2022 2 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki,

Hit.az

Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, 3 yeni müavin təyin

04 Fevral 2022 1 2 Dəfə oxundu

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar. HİT.az xəbər verir ki, sərəncamlarla Nigar Ramiz

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email