
Rusiyanın 37 şəhərindən Azərbaycana uçuşlar həyata keçiriləcək

“S7 Airlines” aviaşirkəti Federal Hava Nəqliyyat Agentliyindən (Rosaviatsia) Rusiyanın ümumilikdə 37 şəhərindən Azərbaycanın 2 böyük şəhəri Bakı və Gəncəyə uçuşlar həyata keçirmək üçün izin alıb.
Bu barədə “İnterfax” agentliyi məlumat yayıb.
Aviaşirkət Rusiyanın 14 şəhərindən – Orenburq, Vladikavkaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni-Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekatrinburq, Soçi, Mahaçqala və Jukovski hava limanından Bakıya həftədə 3 dəfə uçuşlar həyat keçirməyi planlaşdırır.
Sözügedən şirkət həmçinin Rusiyanın 23 şəhərindən – Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Minvodı, Volqoqrad, Həştərxan, Vladikavkaz, Nalçik, Rostov, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala və Jukovski hava limanından Gəncəyə həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.
Rusiyanın “Royal Flight” aviaşirkəti də Rusiyanın 3 şəhərindən – Rostov-Don, Krasnodar və Soçidən Bakıya həftədə 2 dəfə uçuş edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !