
Rusiyada itən təyyarənin qalıqları tapıldı

Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalıqlarını aşkar ediblər.
Bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyi məlumat yayıb.
Landşaftın xarakteri axtarışların aparılmasını çətinləşdirir. İlkin məlumata görə, qəzadan sağ qalan yoxdur. Petropavlovskdan Kamçatkanın Palan kəndinə uçan təyyarə təyinat nöqtəsindən doqquz kilometr aralıda radarlardan itib.
Bizi sosial şəbəkələrdə izləyin !