Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Moderator.az
  3. Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib – FOTO – VİDEO – YENİLƏNİB
 Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib – FOTO – VİDEO – YENİLƏNİB
Moderator.az

Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib – FOTO – VİDEO – YENİLƏNİB

06 İyul 2021 3 6 Dəfə oxundu
Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzun buraxılışına həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə səhiyyə nazirinin birinci müavini Teymur Musayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil naziri Emin Əmrullayev, o cümlədən Azərbaycanda səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko iştirak edib.
 
Filial barədə məlumat verən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev deyib ki, daim Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss ediblər. Rektor bu il universitetin ilk 87 məzununa diplom təqdim ediləcəyini nəzərə çatdırıb.
 
Tədbirdə filialın tarixinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
 
Məzunları təbrik edən və filialda yüksək səviyyədə tədris təşkil edildiyini vurğulayan Rusiyanın səhiyyə naziri deyib ki, bu filialın yaradılmasına görə Prezident İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə minnətdardırlar: “Məzunların demək olar ki, 20 faizinin qırmızı diplom alması məni sevindirir. Həkimlər insanların həyatını xilas edir”.
 
M. Muraşko filiala Rusiya Səhiyyə Nazirliyinin simvolunu təqlim edib: “Biz görürük ki, hökumətin dəstəyi ilə filial inkişaf edir, yüksək səviyyəli kadrlar yetişdirir”.
 
Rusiya səhiyyə naziri məzunların bir qisminə diplom təqdim edib.
 
Səhiyyə nazirinin birinci müavini Teymur Musayev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilir: “6 il keçib, 87 məzun var. Mən yüksək təhsil səviyyəsinə görə filialın professor-müəllim heyətinə təşəkkür edirəm. Əminəm ki, bu məzunlar səhiyyənin inkişafında mühüm rol oynayacaq. İki ölkə arasında dostluq münasibətlərinin böyük tarixi var”.
 
Təhsil naziri Emin Əmrullayev bildirib ki, koronavirus pandemiyası həyat şəraitimizi dəyişib: “Azərbaycan Prezident, Ali Baş Komandan Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edib. Bu da ötən müddətdə ən önəmli hadisədir”.
 
Təhsil naziri filialın ilk məzunlarını və filialın professor-müəllim heyətinə təşəkkür edib, onlara uğurlar arzulayıb.
 
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Bakı filialının məzunlarının yüksək təhsil aldığını vurğulayıb: “Bu gün siz tək bizim ölkəmizin deyil, dünyada tibb sahəsində lider universitetlərdən birinin diplomunu alırsınız. Pandemiya dövründə bir sıra çətinliklər üzə çıxıb, buna baxmayaraq, professorlarımız təyyarə ilə Azərbaycana gələrək məruzələr oxuyublar. Universitetimizin bir çox məşhur məzunları var. Fəxr edirik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bizim məzundur”.
 
Tədbir çıxışlarla və məzunlara diplomların təqdim edilməsi ilə davam edib.
Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - <span class=
Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - <span class=
Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - <span class=
Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - <span class=
Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - <span class=Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - <span class=

Mənbə – Moderator.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 4 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 5 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 4 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email