
Rus sərhədçilərin Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün işlər aparılır

İnternetdə üzərində Rusiya bayrağı olan texnikanın hərəkətinin fotosu peyda olub. İstifadəçilər fotonun Ermənistanın Qeğarkunik vilayətində çəkildiyini bildirirlər.
Bir müddət bundan öncə Ermənistanın Qeğarkunik vilayətinin rəhbəri Qnel Sanosyan bildirib ki, bütün sərhəd boyunca, yəni Ermənistanın Qeğarkunik vilayətindən Sünik vilayətinə qədər rus hərbçilərin yerləşdirilməsi ilə bağlı danışıqlar gedir.
Ermənistan Silahlı Qüvvlərinin Baş Qərargah rəisi Artak Davtyan öz növbəsində qeyd edib ki, Qeğarkunik vilayətində rus hərbçilərin yerləşdirilməsi ilə bağlı həqiqətən də danışırlar aparılır, lakin son qərar hələ yoxdur.
Məlumata görə, rus sərhədçilərin yerləşdirilməsi ilə bağlı hazırlıq xarakterli məsələlər həll edilib, lakin Azərbaycan tərəfi hələ razılıq vermir.
Alpər Mövludoğlu
Ordu.az