Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. Qusarda meşəlik ərazi məhv edilib? – Xidmət rəisi məsələyə aydınlıq gətirdi + FOTO
 Qusarda meşəlik ərazi məhv edilib? – Xidmət rəisi məsələyə aydınlıq gətirdi + FOTO
Oxu.az

Qusarda meşəlik ərazi məhv edilib? – Xidmət rəisi məsələyə aydınlıq gətirdi + FOTO

05 İyul 2021 11 5 Dəfə oxundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qusar rayonu ərazisində yerləşən Qalacıq meşəsinin məhv edilməsinə dair səsləndirilən iddialara münasibət bildirib.

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan xəritələr təhrif olunub: 

“Yayılan məlumatlar nazirliyin mütəxəssisləri tərəfindən “Google Eart” proqramı üzrə araşdırılıb. Məlum olub ki, 2019-2021-ci il üzrə yaşıllığın qismən azaldılması müşahidə olunub, lakin tamamilə məhv edilməsi halı qeydə alınmayıb və peyk görüntülərinə əsasən deyə bilərik ki, həmin ərazilər heç də 2018-2019–cu illərdə sıx meşəlik olmayıb.

İlk növbədə qeyd etmək istəyirəm ki, həmin ərazi 2019-2020-ci ildə müvafiq olaraq 102 və 165 hektar olmaqla, şirkətlərdən birinə müqavilə əsasında uzunmüddətli icarəyə verilib. Məqsəd həmin ərazidə qoz bağının salınmasıdır”.

H.Əlizadə bildirib ki, 2020-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə proqramı da mövcuddur:

“Proqram məhsul bolluğunun yaranması və həmçinin yaşıllığın daha da çoxaldılmasına hesablanıb. Nəzərə almalıyıq ki, bu gün seyrək kolluqlardan ibarət meşəliklərin nə kənd təsərrüfatı, nə yaşıllıq, nə də karbon emissiyası cəhətdən böyük bir əhəmiyyəti yoxdur. Əksinə onlar müəyyən mənada təhlükə mənbəyidir.

Böyük meşə sahələrində meydana gələn yanğınlar əsasən belə seyrək və yaşı ötmüş kolluqlardan qaynaqlanır. Bu baxımdan müqavilədə də məqsəd ondan ibarət olmuşdu ki, ərazi uzunmüddətli olaraq icarəyə verilsin, orada qoz bağları salınsın”.

Nazirlik rəsmisi qeyd edib ki, ilkin olaraq şirkət tərəfindən biznes plan təqdim olunub:

“Nazirliyin müvafiq mütəxəssisləri tərəfindən yerində baxış keçirilib və təbii ki, ərazidə olan az sayda ağaclara toxunulmaması şərti qoyulub. Təbii ki, bir neçə yüz hektarlıq ərazidə qoz bağı salınırsa, yaşı ötmüş, qurumuş kolluqların götürülməsi labüddür. Həmçinin qeyd edib ki, meşə fonduna bitişik ərazidə təxminən 100 hektara yaxın bələdiyyə ərazisi də var. Şirkət tərəfindən həmin ərazi də götürülüb və 400 hektara yaxın ərazidə işlər aparılıb.

Biz özümüz də yayılan xəritələrlə bağlı “Google Eart” proqramına daxil olaraq əraziyə baxdıq. 2018-2020-ci illərdə tam başqa mənzərələrdir. Belə olduğu halda mətbuata, sosial şəbəkələrə təhrif olunmuş məlumatların verilməsi anlaşılan deyil. 2020-ci ilin oktyabrında qeyd edilən ərazilərdə kolluqların təmizlənməsi işi dayandırılıb və keçən 10 ay ərzində orada iş aparılmayıb. Şumlama və qoz ağaclarının əkilməsi işləri indi həyata keçirilir. Belə olduğu halda 10 ay ərzində yaşıllığın azalması necə müşahidə edilə bilər?!”

“Digər tərəfdən bu işdə hansı nöqsanlara yol verilibsə, həmin nöqsanların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq. Lakin təhrif olunmuş, saxta məlumatların yayılması, ucuz demaqogiyaya gedilməsi, hətta kütlələri bu sahədə itaətsizliyə dəvət edilməsi heç cür anlaşılan deyil”, -deyə H.Əlizadə vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə iddia edilib ki, Qusar rayonu ərazisində yerləşən Qalacıq meşəsi son 2 il ərzində məhv edilib.

İlhamə Əbülfət

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: BU GÜN…

17 Fevral 2022

Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: BU GÜN…

17 Fevral 2022

Sabah bu ərazilərə qar yağacaq – PROQNOZ

17 Fevral 2022

Tanınmış müğənni yaxınının ÖLÜM xəbərini jurnalistdən eşitdi – ŞOKDA

17 Fevral 2022

“Xocalı üçün paylaş” kampaniyası SOSİAL ŞƏBƏKƏLƏRDƏ

17 Fevral 2022

Zamanın vazkeçilməz ayaqqabıları: Möhtəşəm kombinlər – FOTO

16 Fevral 2022

Van Dammın oğlu həyat yoldaşını belə təbrik etdi – FOTO

16 Fevral 2022

“Tik-tok”da avtoş videolarını paylaşan həbs olundu – VİDEO

16 Fevral 2022

Azərbaycanın BU RAYONLARI ləğv olundu

16 Fevral 2022

Bakıda polisə silahlı müqavimət göstərən şəxs məhv edildi

16 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 8 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email