Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. index.az
  3. Qeyri-neft ixracı iyunda 34%-dək artıb
 Qeyri-neft ixracı iyunda 34%-dək artıb
index.az

Qeyri-neft ixracı iyunda 34%-dək artıb

06 İyul 2021 15 4 Dəfə oxundu

Image description

Bu ilin iyun ayı Azərbaycanın ümumi ixracı 1,3 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 255 mln. dollar təşkil edib.

İndex.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, iyun ayında ticarət saldosu müsbət 400,5 mln. dollar təşkil edib ki, ötən ilin eyni ayında mənfi göstəriciyə malik idi. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin iyun ayı ilə müqayisədə 33,7% və ya 64,2 mln. dollar daha çoxdur.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 112,2 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 142,7 mln. dollar təşkil edib.

2021-ci ilin iyun ayında yeyinti məhsullarında 11,8%, qeyri-yeyinti məhsullarının ixracında isə ötən ilin eyni ayı ilə müqayisədə 58,1% artım müşahidə edilib. Yeyinti məhsullarının iyun ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr tərəvəz, meyvə, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları, heyvan və bitki mənşəli piylər, yağlar və onlardan alınan məhsullar, hazır yeyinti piyləri, heyvan və bitki mənşəli mumlar, yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrin qabıqları və ya qovun qabıqcıları və s. təşkil edib. Qeyri-yeyinti məhsullarının tərkib hissəsində əsas drayver rolunu isə filizlər, şlaklar və kül, gübrələr, pambıq, qara metallar, plastmassa və onlardan hazırlanan məmulatlar, mis və ondan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa onların hissələri və ləvazimatları şərtləndirib.

Mərkəzdən bildirilib ki, ümumilikdə bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracı 8,8 mlrd. dollar, qeyri-neft sektoru üzrə 1,2 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 mln. dollar və ya 27,1% artıb.

2021-ci ilin yanvar-iyun ərzində meyvə-tərəvəz ixracı 306,4 mln. dollar, pambıq lifi ixracı 123 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 61 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53 mln. dollar, pambıq ipliyi ixracı 23 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 36 mln. dollar, şəkər ixracı 19 mln. dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 16 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 6,8 mln. dollar və çay ixracı 4,2 mln. dollar təşkil edib.

©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz

Mənbə – Index.az

Etiketlər: Xəbər bloku / MALİYYƏ / ENERGETIKA
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

2 rayonda yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlandı

11 Fevral 2022

Avtobus aşdı: 22 ölü, 33 yaralı

11 Fevral 2022

“Nifrət edirdim, amma sonra onu sevməyə başladım…” – Vüsalə Əlizadə

11 Fevral 2022

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

“Mənə azad yaşamaq istədiyini dedi” – Arvadını güllələyən polis

10 Fevral 2022

Nəsli kəsilməkdə olan balıq ovlandı

10 Fevral 2022

Oxşar Xəbərlər
index.az

Avropada təbii qaz 8% ucuzlaşıb

01 Fevral 2022 0 2 Dəfə oxundu

Ukraynadan Rusiya qazının tranzit həcmlərinin 2 dəfə artması fonunda Avropada qazın min kubmetrinin qiyməti 900 ABŞ dollarından aşağı, yəni 8

index.az

Avropada təbii qazın qiyməti 1000 dollardan aşağı endi

31 Yanvar 2022 0 2 Dəfə oxundu

Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı enib. İndex.az xəbər verir ki, 31 yanvar tarixində

index.az

Türkiyə enerji idxalına 7 milyard dollar xərcləyib

31 Yanvar 2022 0 2 Dəfə oxundu

Ötən ilin dekabr ayında Türkiyənin enerji idxalı üçün çəkdiyi xərc 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 7

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email