Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. Qarın şişkinliyini aradan qaldıran 7 üsul
 Qarın şişkinliyini aradan qaldıran 7 üsul
Publika.az

Qarın şişkinliyini aradan qaldıran 7 üsul

05 İyul 2021 5 4 Dəfə oxundu

Limonlu və zəncəfilli çay mədə-bağırsaq traktının işini yaxşılaşdıran ən effektiv vasitələrdir.

Publika.az oxucuları şişkinliyi aradan qaldıran 7 içki ilə tanış edir:

1. Limonlu su

Limonun turşuluğu qidanın parçalanmasından və qazın azaldılmasından məsul olan xlorid turşusunun istehsalını stimullaşdırır. Ancaq həddən artıq içməyin – bir stəkan kifayət edəcək.

2. Qırmızı istiotlu istənilən içki

Qırmızı istiot həzmi stimullaşdırır, qarın boşluğunu rahatlaşdırır, qan təzyiqi və spazmanı yaxşılaşdırır. Ədviyyatı sevənlərə istənilən içkiyə bir çay qaşığı qırmızı istiot əlavə etmək məsləhət görülür. Su ilə də qarışdıra bilərsiniz.

3. Kokos suyu

Kokos suyunda bədəndən artıq sodiumu xaric edən və bununla da şişkinliyi aradan qaldıran kalium var.

4. Sarıköklü hər hansı bir içki


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

Sarıkök də qırmızı istiot kimi detoksifikasiya edən ədviyyatdır. Mədədəki ağırlığı azaltmaq üçün toz halında bir çay qaşığı ədviyyatı su, çay, şirə və ya başqa bir içkiyə əlavə etmək məsləhət görülür.

5. Zəncəfilli çay

Zəncəfil antibakterial xüsusiyyətlərinə və tərkibindəki həzm fermentlərinə görə bağırsaqdakı iltihabı azalda bilər və şişkinliyi aradan qaldırır.

6. Nanəli çay

Nanəli çay nəinki qarın ağrısını azaldacaq, həzm sisteminin işləməməsinə səbəb ola biləcək stressi də aradan qaldıracaq. Unutmayın ki, nanəli çayı yeməkdən əvvəl və ya bir-iki saat sonra içmək xeyirdir.

7. Qulançar və ispanaqlı smuzi

Tərkibindəki çox miqdarda probiotik sayəsində qulançar şişkinliklə yaxşı mübarizə aparır və həzm prosesini normallaşdırır. Digər tərəfdən ispanaq əla lif mənbəyidir, bunun sayəsində qaz əmələ gəlməsini bir neçə dəqiqə ərzində aradan qaldırır.

Aytən Məftun

Mənbə – Publika.az

Etiketlər: Sağlamlıq
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 11 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Busaat.az

Pandemiya sona çatır? – TƏBİB-dən AÇIQLAMA

04 Fevral 2022 6 4 Dəfə oxundu

Son günlər ölkədə virusa yoluxma halları sürətlə artmaqdadır və bu günə qədər olan say yoluxmanın ən pik həddidir. Busaat.az  xəbər

azxeber.com

Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz – XƏBƏRDARLIQ

04 Fevral 2022 4 2 Dəfə oxundu

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar. AZXEBER.COM xəbər verir ki, öskürək, halsızlıq

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email