Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Moderator.az
  3. “Qarabağ” ordeni Şəhid Elvin Səfərovun ailəsinə təqdim edildi
 “Qarabağ” ordeni Şəhid Elvin Səfərovun ailəsinə təqdim edildi
Moderator.az

“Qarabağ” ordeni Şəhid Elvin Səfərovun ailəsinə təqdim edildi

05 İyul 2021 11 4 Dəfə oxundu
İyulun 5-də Lerik Rayon İcra Hakimiyyətində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış miçman Səfərov Elvin Ramiz oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu “Qarabağ” ordeni təqdim edilib.
 
Təqdimetmə mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.
 
Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Görüşdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildiriblər.
 
Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin iştirakçısı Elvin Səfərov 2020-ci il noyabrın 1-də şəhid olub. Uğurlu döyüş yolu keçmiş Elvin Səfərov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. İgid döyüşçü, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.
 
Daha sonra şəhid miçman Elvin Səfərovun təltif edildiyi “Qarabağ” ordeni onun ailəsinə təqdim olunub.
 
Şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Mənbə – Moderator.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Sabah bu ərazilərə qar yağacaq – PROQNOZ

17 Fevral 2022

Tanınmış müğənni yaxınının ÖLÜM xəbərini jurnalistdən eşitdi – ŞOKDA

17 Fevral 2022

“Xocalı üçün paylaş” kampaniyası SOSİAL ŞƏBƏKƏLƏRDƏ

17 Fevral 2022

Zamanın vazkeçilməz ayaqqabıları: Möhtəşəm kombinlər – FOTO

16 Fevral 2022

Van Dammın oğlu həyat yoldaşını belə təbrik etdi – FOTO

16 Fevral 2022

“Tik-tok”da avtoş videolarını paylaşan həbs olundu – VİDEO

16 Fevral 2022

Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 4 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 5 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 4 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email