Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Marja.az
  3. “Qara bazar” dolları birbaşa hərraclardan alır?
 “Qara bazar” dolları birbaşa hərraclardan alır?
Marja.az

“Qara bazar” dolları birbaşa hərraclardan alır?

05 İyul 2021 11 3 Dəfə oxundu

Nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq.

“MArja” xəbər bunu iqtisadçı Vüqar Bayramov özünün “Facebook” səhifəsində yazıb.

“Valyuta bazarımızda dollar bahalaşır. Deməli, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, dünən yazdığım kimi, “valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır.

Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar o zaman “qara bazar”da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar “qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı, “qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, “qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır.

Maraqlıdır ki, hamı “qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmir. Amma nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək”,- iqtisadçı yazıb.

Mənbə – Marja.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Sabah bu ərazilərə qar yağacaq – PROQNOZ

17 Fevral 2022

Tanınmış müğənni yaxınının ÖLÜM xəbərini jurnalistdən eşitdi – ŞOKDA

17 Fevral 2022

“Xocalı üçün paylaş” kampaniyası SOSİAL ŞƏBƏKƏLƏRDƏ

17 Fevral 2022

Zamanın vazkeçilməz ayaqqabıları: Möhtəşəm kombinlər – FOTO

16 Fevral 2022

Van Dammın oğlu həyat yoldaşını belə təbrik etdi – FOTO

16 Fevral 2022

“Tik-tok”da avtoş videolarını paylaşan həbs olundu – VİDEO

16 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 8 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email