Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. azxeber.com
  3. “Qafqazın inkişafını təmin edən əməkdaşlıq”
 “Qafqazın inkişafını təmin edən əməkdaşlıq”
azxeber.com Siyasət

“Qafqazın inkişafını təmin edən əməkdaşlıq”

06 İyul 2021 10 5 Dəfə oxundu
Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Beynəxlalq güclərin təzyiqlərinə baxmayaraq Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Türkiyə-Azərbaycan münasibətləri Naxçıvan Muxtar Respublikasının həyatında da mühüm rol oynayıb.
Möhtərəm Prezident cənab İlham Əliyev də muxtar respublikaya səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bu amili xüsusi vurğulayaraq deyib ki, “Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynayıb”.
Azərbaycan Türkiyə ilə həm qonşu həm də tarixi irs, kökən, din, dil, adət, ənənə və mədəni cəhətdən yaxın iki xalqdır. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənir.
Əldə olunan qələbədən sonra Naxçıvanla yaranacaq quru yol əlaqələri ümumilikdə qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
Ümümmilli liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
İyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya göstərəcək. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi.
Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkə Prezidenti xarici dövlətin başçısını Qarabağda qarşıladı. Cənab İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edilmiş Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bu tarixi bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Möhtərəm Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.
Bu bəyannamə Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Şuşa müttəfiqlik bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin qarşıdakı uzun bir zaman üçun böyük uğurlarının möhkəm təməli olacaqdır.
Naftalan ziyalısı Hatəm Qocayev

Mənbə – Azxeber.com

Etiketlər: Siyasət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Siyasət Trend.az

Bəzi MTK sahibləri öz binalarında qanuni kabel operatorlarının fəaliyyətinə imkan

04 Fevral 2022 4 11 Dəfə oxundu

Bakı. Elçin Mehdiyev – Trend: Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun Trend-ə müsahibəsi – İsmət müəllim, hazırda

Baku.ws Siyasət

Nazirdən Respublika Olimpiya Liseyinə YENİ TƏYİNAT

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinin direktoru dəyişib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rasim Muradov vəzifəsindən çıxarılıb. Onun əvəzinə

azxeber.com Siyasət

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşdü – FOTO

04 Fevral 2022 4 2 Dəfə oxundu

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub. AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email