Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. azxeber.com
  3. Paşinyanın Moskva səfəri – Putinlə görüşdə nələr müzakirə olunacaq?
 Paşinyanın Moskva səfəri – Putinlə görüşdə nələr müzakirə olunacaq?
azxeber.com Siyasət

Paşinyanın Moskva səfəri – Putinlə görüşdə nələr müzakirə olunacaq?

07 İyul 2021 6 4 Dəfə oxundu

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya
Prezidenti Vladimir Putinin Moskvada görüşü baş tutacaq.

Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin
noyabrın 10-da imzaladığı sülh bəyanatının tətbiqi barədə müzakirələrin aparılacağı
planlaşdırılır.

Görüş barədə fikirlərini AZXEBER.COM-a bildirən politoloq İlyas
Hüseynovun sözlərinə görə, Paşinyanın inaqurasiya mərasimindən öncə Moskvaya
yollanmasının Ermənistan müxalifəti tərəfindən ciddi etirazlarla qarşılanacaq:

“Ermənistanda hələ də ictimai-siyasi vəziyyət çox gərgin
olaraq qalır. Müxalifət seçkilərin nəticələrini qəbul etmir və onunla hesablaşmır.
Buna görə də yuxarı instansiyalara müraciət edirlər. Burada Robert Köçəryan və
Serj Sarkisyanın adını çəkmək olar. Amma Rusiya başda olmaqla digər dövlətlər də
Ermənistanda keçirilmiş seçkiləri legitim adlandırıb. Bütün bunların fonunda 10
noyabr bəyənatında Ermənistanın götürdüyü öhdəliklərin icrasında ləngimə
müşahidə olunur. Burada əsas məsələ Azərbaycanın qərb hissəsi ilə Naxçıvan
arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Hazırda
Rusiya tərəfinin siyasi iradəsi bu dəhlizin həyata keçirilməsində maraqlıdır.
Türkiyə və İranın da bu məsələyə isti yanaşdığının şahidiyik. Rusiyanın bu məsələlərdə
Ermənistanla danışıqlar aparması mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, bu görüşdə
Zəngəzur dəhlizinin açılması da müzakirə olunacaq”.

Politoloqun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin
açılması istiqamətində çox maraqlıdır:

“Ermənistan ərazisindən keçən dəmir yolları Rusiya dəmir
yollarının törəmə şirkətidir və birbaşa olaraq o xətlər Rusiyaya tabedir. Bu
görüşdə təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Bölgədə həmin təhlükəsizliyi
rus sülhməramlıları təmin edir. Xoşagəlməz halın baş verməməsi üçün danışıqların
səmərəli şəkildə aparılması mühüm elementdir. Ümumilikdə Paşinyanın seçkidən sonrakı
fəaliyyətinin həmin görüşdə müzakirəsi gözlənilir”.

Aydın Nuri

Mənbə – Azxeber.com

Etiketlər: Siyasət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Siyasət Trend.az

Bəzi MTK sahibləri öz binalarında qanuni kabel operatorlarının fəaliyyətinə imkan

04 Fevral 2022 4 11 Dəfə oxundu

Bakı. Elçin Mehdiyev – Trend: Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun Trend-ə müsahibəsi – İsmət müəllim, hazırda

Baku.ws Siyasət

Nazirdən Respublika Olimpiya Liseyinə YENİ TƏYİNAT

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinin direktoru dəyişib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rasim Muradov vəzifəsindən çıxarılıb. Onun əvəzinə

azxeber.com Siyasət

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşdü – FOTO

04 Fevral 2022 4 2 Dəfə oxundu

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub. AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email