Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Ordu.az
  3. Paşinyanın gizli razılaşması: KTMT-nin cavabı nə deməkdir?
 Paşinyanın gizli razılaşması: KTMT-nin cavabı nə deməkdir?
Ordu.az

Paşinyanın gizli razılaşması: KTMT-nin cavabı nə deməkdir?

05 İyul 2021 12 6 Dəfə oxundu

KTMT Ermənistanın müraciətinə cavab verib və KTMT-nin Sünikdə yaranmış vəziyyətə müdaxilə etməyəcəyini bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Proses mayın 12-dən başlayıb. Ermənistan adi rejimdə və sistematik qaydada icra edilən bu prosesi ölkəsinin ərazisinə müdaxilə kimi qələmə verib.

“Ermənistanın cənubunda vəziyyətin ağırlaşması Azərbaycanla yeni sərhədin təsdiq edilməsi ilə bağlı sərhəd insidentidir və KTMT-nin kollektiv müdafiə haqqında nimzamnaməsinin müddəalarına aid deyil”, – deyə KTMT baş katibi Stanislav Zas bildirib.

O qeyd edib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında tətbiq olunur.

“Əslində orada sərhəd insidenti ilə işimiz var. Şükür Allaha, qurbanlar yoxdur, atışmalar yoxdur. Bu, sərhəd insidentidir, onu həll etmək lazımdır və biz tərəfdarıq ki, dinc yolla həll edilsin”, – deyə Zas bildirib.

KTMT baş katibi həmçinin bildirib ki, təşkilat Ermənistanın may müraciətindən sonra ölkənin sərhədyanı bölgələrində hökm sürən vəziyyətlə bağlı məsləhətləşmələr aparıb.

“Bənzər məsləhətləşmələr Müdafiə nazirləri, Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində keçirilib və mən Ermənistanın həm Xarici İşlər naziri, həm də Müdafiə naziri ilə əlaqə saxlamışam. Biz bu vəziyyəti müzakirə etmişik. Bundan başqa, Düşənbədə baş tutmuş KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə aparmışıq”, – deyə o qeyd edib.

Zas əmin edib ki, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim izləyir.

“Müşahidə qrupu yaratmaq haqqında qərar qəbul edilməyib, lakin, əlbəttə, vəziyyətə nəzarət edilir”, – deyə baş katib deyib. O əlavə edib ki, təşkilat bir çox mənbələrdən, eləcə də erməni tərəfindən və rus sülhməramlılardan zəruri məlumatı alır.

Ermənistandakı anti-rus dairələri KTMT-nin mövqeyi ilə bağlı qalmaqal qalıdırıb və bu qalmaqal təxmini olaraq belə bir məntiqdə olub ki, Ermənistandakı sərhəd gərginliyi əslində rəsmi Moskvanın “dabro”su ilə olub və bənzər cavab əvvəldən gözlənilən idi. Və əslində Rusiya bu şəkildə sadəcə Ermənistandakı hərbi varlığını Sünikdə yeni hərbi baza şəklində artırmaq istəyir.

Reallıq isə budur ki, Paşinyan seçki təbliğatı zamanı nəhayət “Hakimiyyət Qaragölün 30 faizi üçün müharibəyə başlamağa hazırlaşmır” deyərək məsələni bağlayıb.

“Hayeli” nəşri yazır ki, Azərbaycanlıların Sünik və Qeğarkunikdəki varlığı bugünkü hakimiyyət nümayəndələrini narahat etsəydi, təcili addımlar atardılar.

“Məgər Ermənistan orduya sahibdir, yoxsa sahib deyil, Milli Təhlükəsizlik Xidmətinə sahibdir, yoxsa bu sistemlərin bir nömrəli vəzifəsi dövlətin müdafiəsi məsələsi yox, yalnız dövlətin ali kapitalını müdafiə etməkdir?

Bu, digər tərəfdən o deməkdir ki, Nikol Paşinyan əslində savadlı həmkarı ilə bu məsələdə razılığa gəlib və Rusiya ilə KTMT burada ediləcəyə sahib deyil, müraciət də, göründüyü kimi, formal xarakter daşıyırdı, Ermənistandakı anti-rus əhval ruhiyyələrini ağırlaşdırmağın yeganə məqsədidir.

Paşinyanı seçənlər və tərəfdarları indiyə qədər Ermənistanın taleyinin artıq bir adamın əlində olduğunu, bu bir adamın nəyin bahasına olursa-olsun Türkiyə-Azərbaycan planını sona qədər həyata keçirmək və Ermənistanın suveren ərazilərini hissə-hissə Azərbaycana bağışlamaq qərarına gəldiyini görmək istəmirlərsə, bu, o insanların problemidir.

Lakin bir şeyi unutmaq lazım deyil ki, güclü dövlətlər hesaba otururlar və güclülərə hörmət edirlər, zəifləri, qorxaqları, öz təhlükəsizliyini müdafiə etmək məsələsində barmağını barmağına vurmayanları taleyin şıltaqlığına, ya da öz planları ilə tək buraxırlar”, – deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə – Ordu.az

Etiketlər: Region
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Azərbaycanlı aktrisa nişanlandı – FOTO

09 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Oxşar Xəbərlər
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 8 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Ordu.az

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək

04 Fevral 2022 2 2 Dəfə oxundu

Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib. Ordu.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti

Ordu.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTOLAR

04 Fevral 2022 2 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki,

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email