Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Busaat.az
  3. Pandemiya sona çatır? – TƏBİB-dən AÇIQLAMA
 Pandemiya sona çatır? – TƏBİB-dən AÇIQLAMA
Busaat.az

Pandemiya sona çatır? – TƏBİB-dən AÇIQLAMA

04 Fevral 2022 6 4 Dəfə oxundu
Son günlər ölkədə virusa yoluxma halları sürətlə artmaqdadır və bu günə qədər olan say yoluxmanın ən pik həddidir.
Busaat.az  xəbər verir ki, mövcud vəziyyətlə bağlı həkim-infeksionist Nəzrin Mustafayevanın “publika.az”-a müsahibəsini təqdim edirik:
– Ölkədə virusa yoluxma halları 6 min nəfəri ötüb. Səhiyyə ocaqlarının bu xəstələri yerləşdirmək gücü varmı?
– Pandemiyanın ən çətin və həyəcanlı 2 ilini geridə qoymuşuq. Nə dərəcədə uğurlu olduğumuzu Avropa və digər ölkələrlə müqayisə etdiyimizdə görə bilərik. Halbuki, qəfil dünyanı cənginə alan xəstəlik hamı kimi bizi də hazırlıqsız yaxaladı. Amma bu 2 il səhiyyəmiz üçün indiyə qədər heç vaxt olmadığı qədər əhəmiyyətli bir il oldu. Bəlkə də onilliklərlə əldə oluna bilməyən inkişaf belə qısa müddətə sığışdırıldı. Bu, ölkə rəhbərliyinin məsələyə operativ və qayğı ilə yanaşmasının nəticəsidir. Bizim kifayət qədər reanimasiya yerimiz var.
– Xəstələrin ağırlaşma halları müşahidə edilirmi, reanimasiyalarda vəziyyət necədir?
– Bugünkü tarixdə reanimasiyalarda vəziyyəti qənaətbəxş hesab etmək olar. Bildirim ki, reanimasiya çarpayılarının dolma tezliyi gündəlik yoluxma sayının artma tezliyindən bir az geridə qalır. Çünki xəstələrin ağırlaşmaları, hospitalizasiya olunmaları və reanimasiyaya qədər gəlmələri zaman alan prosesdir.
Ağırlaşmalar var, müşahidə olunur, hazırda reanimasiyalarda müalicə alan xəstələrimiz çoxdur, təəssüf ki, böyük əksəriyyəti vaksin olunmamış və risk qrupunda olan vətəndaşlardır. Lakin burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni, bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik.
– Yaşanan bu halı koronavirusun son çırpınışları hesab etmək olar?
– Bu suallar hər yeni ştam, peyvənd, dərman və s. kimi önəmli hadisələr baş verdikcə jurnalistlər, vətəndaşlar tərəfindən verilir. Hələ 2020-ci ilin mart ayından “pandemiya nə zaman bitəcək?” sualının cavabı qarşısında aciz qaldığımı çox yaxşı xatırlayıram. Təəssüf ki, bu gün də bu sualın cavabı yoxdur, söylənilənlər ehtimallardır. Ştamlar zəifləsə də, peyvəndlər inkişaf etsə də, yeni müalicə üsulları kəşf olunsa da, nəticədə ağır fəsadlara və ölümə yol açan xəstəlikdən danışırıq sizinlə.
Xəstələnmə halları müşahidə olunduqca bu vəziyyəti ciddiyə almalıyıq. Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə əsasən, dünyada indiyə qədər 390 minə yaxın insan xəstəliyi keçirib, qeydiyyata düşməyən şəxsləri də nəzərə alsaq, heç 1 milyarda çatmaz deyə düşünürəm.

Mənbə – Busaat.az

Etiketlər: Sağlamlıq
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

azxeber.com

Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz – XƏBƏRDARLIQ

04 Fevral 2022 4 2 Dəfə oxundu

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar. AZXEBER.COM xəbər verir ki, öskürək, halsızlıq

Moderator.az

Məryəm milyonlarla insanı ölümdən xilas edə biləcək ixtira etdi…-FOTOLAR

04 Fevral 2022 4 3 Dəfə oxundu

Müsəlman tibb mühəndisi Məryəm Nur Danimarkadakı Orhus Universiteti xəstəxanasının kardioloqları ilə əməkdaşlıq edərək qeyri-hermetik ürək klapanlarını sıxa bilən həlqə hazırlayıb.

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email