Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. “Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, çağırışları dəyərləndirməlidir” – RƏY
 “Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, çağırışları dəyərləndirməlidir” – RƏY
Oxu.az

“Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, çağırışları dəyərləndirməlidir” – RƏY

06 İyul 2021 3 5 Dəfə oxundu

“44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə də qarşı düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, ən təhlükəli məqamlardan biri də budur ki, su mənbələri də çirkləndirilib, radioaktiv tullantılar sulara axıdılıb: “Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yaydı. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu suların təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir”.

Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur: “Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiyyətində dərin narahatlıq yaranıb. Cəmiyyətimizin müxtəlif təbəqələri, dövlət qurumları, QHT-lər, o cümlədən media problemlə bağlı Almaniya tərəfinə müraciət edib. Lakin qarşı tərəfdən məsələ ilə bağlı lazımi cavab verilmir.

Əksinə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil edib. Bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir. Hesab edirəm ki, bu cür yanaşma yolverilməzdir. Özünü demokratik ölkə sayan Almaniya ekoloji cinayətlərə yol verməməli, bu yöndə edilən çağırışları dəyərləndirməlidir. Əslində, biz ötən illər ərzində Almaniya mediasının Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak etdiyinin şahidi olmuşuq. Bütün bu faktlar Almaniyada müəyyən dairələrin ölkəmizə qarşı qərəzinin nümunəsidir. Ekoloji terrorda, yəni Oxçuçayın çirkləndilməsində iştirak edən Almaniya şirkətlərinə gəlincə, düşünürəm ki, Avropanın sağlam düşüncəli cəmiyyətləri, təbiətin və ekologiyanın qorunması profilli təşkilatlar Azərbaycan cəmiyyətinin çağırışlarına qoşulmalı, CRONIMET Holding GmbH şirkətinə etiraz etməlidir. Bu istiqamətdə bütün mümkün hüquqi addımlar atılmalıdır”.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Ziya Məmmədovun oğlunun yerinə o seçildi – FOTO

12 Fevral 2022

Vaqonları söküb aparan maşınist və köməkçisi tutuldu

12 Fevral 2022

2 rayonda yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlandı

11 Fevral 2022

Avtobus aşdı: 22 ölü, 33 yaralı

11 Fevral 2022

“Nifrət edirdim, amma sonra onu sevməyə başladım…” – Vüsalə Əlizadə

11 Fevral 2022

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 7 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email