Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. Oxçuçayla bağlı “Greenpeace” təşkilatına müraciət olundu
 Oxçuçayla bağlı “Greenpeace” təşkilatına müraciət olundu
Publika.az

Oxçuçayla bağlı “Greenpeace” təşkilatına müraciət olundu

06 İyul 2021 2 4 Dəfə oxundu

Oxçuçaya qarşı törədilən ekoloji terrora etiraz əlaməti olaraq Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (ACCA) və Ukrayna Azərbaycanlıları Radası (UAR) nüfuzlu “Greenpeace” beynəlxalq təşkilatına müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bəyanatlarda Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Oxçuçayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, bütün bunlar həm də insan sağlamlığına böyük təhlükə yaradır, amma Ermənistan 1992-ci ildə imzalanmış Helsinki Konvensiyasına qoşulmur və öhdəliklərindən yayınır.


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

Qeyd edilib ki, ACCA və UAR ətraf mühitin qorunmasında böyük rol oynayan “Greepeace” təşkilatını baş verənlərə göz yummamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması məqsədilə dərhal hərəkətə keçməyə çağırıb.

Bəyanatları Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota–Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı, Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova və UAR baş katibi Cəlal Hüseynov imzalayıblar.

Mənbə – Publika.az

Etiketlər: Ekologiya
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Hava dəyişəcək, temperatur aşağı enəcək

03 Fevral 2022 0 2 Dəfə oxundu

Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə

Report.az

Azərbaycanda “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” qeyd olunub

02 Fevral 2022 1 3 Dəfə oxundu

2 fevral – “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar Qızılağac, Şirvan, Ağgöl milli parklarında maarifləndirici tədbirlər keçirilib və ziyarətçilər üçün

Report.az

Xidmət rəisi: “Dağıstan turunun “Qırmızı kitab”a düşmə ehtimalı var” 

02 Fevral 2022 0 2 Dəfə oxundu

“Dağıstan turunun “Qırmızı kitab”a düşmə ehtimalı var”. “Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email