Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Marja.az
  3. OPEC-ə daxil olmayan ölkələr də neft hasilatını azaldacaq – QƏRAR
 OPEC-ə daxil olmayan ölkələr də neft hasilatını azaldacaq – QƏRAR
Marja.az

OPEC-ə daxil olmayan ölkələr də neft hasilatını azaldacaq – QƏRAR

06 İyul 2021 15 5 Dəfə oxundu

Rusiya və bir neçə digər OPEC (Neft ixrac Edən Ölkələr Birliyi) üzvü olmayan ölkə, Şənbə günü Vyanada keçirilən iclasında neft hasilatını gələn il ərzində gündəlik 600,000 bareldən daha çox miqdarda azaltmaq qərarına gəliblər.  “Marja” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

 
 OPEC-in iki həftə əvvəl neft hasilatını gündə 1.2 milyon barrel azaltmaq məsələsində razılaşmasından sonra 15 il ərzində ilk dəfə OPEC-ə üzvü olmayan ölkələr də razılığa gəlmiş oldular.

 
 Venesuelanın energetika naziri Eulogio del Pine toplantı öncəsi, “OPEC üzvü və OPEC üzvü olmayan cəmi 25 ölkəni neft bazarında sabitlik təmin etmək və neft qiymətlərini uyğun bir səviyyəyə gətirmək naminə bir araya gətirməyi bacardıq” deyib.

 
Rusiya, neft hasilatını gələn il ərzində gündə 300,000 barrel azaltmaq barədə planlarını bəyan etmişdi. Rəsmi bir açıqlama verilmədən əvvəl adlarını vermək istəməyən bir neçə nümayəndənin açıqlamasına görə, Qazaxıstan da təəccüblü bir şəkildə istehsalı mötədil miqdarda azaltmağı vəd edib.

 
 Neft qiymətləri, OPEC-in 8 il ərzində ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəldiyini açıqlamasından bu yana 15%-dən çox artıb və bu həftə bareli 55 dolların üzərinə çıxıb.

NATİQ ƏLİYEV: HASİLAT 558 MİN BAREL AZALDILIR

OPEC-ə üzv olmayan ölkələr gündəlik neft hasilatını 558 min barel azaldılmasına dair razılığa gəliblər. Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən

 Bunu energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və  kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib. Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib.  Onun sözlərinə görə, görüşdə OPEC ölkələri  gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək,  bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.

AZƏRBAYCAN HASİLATI 35 MİN BAREL AZALDIR

“Görüşdə  OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb”, – deyə nazir qeyd edib.

Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib: “OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib”. 

Mənbə – Marja.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 9 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 7 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 8 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email