Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. İqtisadiyyat
  3. Neftlə bağlı nikbin proqnoz: 95 dollara çata bilər
İqtisadiyyat olke.az

Neftlə bağlı nikbin proqnoz: 95 dollara çata bilər

06 İyul 2021 15 5 Dəfə oxundu

Brent neftin qiyməti 2018-ci ilin oktyabrın 29-dan bəri ən yüksək həddə çatıb. Belə ki, iyulun 5-nə planlaşdırılan OPEC+ görüşünün ləğvi neftin qiymətini 77,53 dollara çatdırıb. İclasın hansı tarixdə keçiriləcəyi isə məlum deyil.

Qeyd edək ki, OPEC+ görüşündə avqust-dekabr dövründə neft istehsalının hər ay gündəlik 400 min barel artırılacağı gözlənilirdi.

Sözügedən hadisələrin gedişində neftin hansı həddə qədər bahalaşacağı və hansı həddə qərarlaşacağı sual doğurur.

İqtisadçı ekspert Rəşad Həsənov “Ölkə.az”a açıqlamasında bildirdi ki, daha əvvəl neft hasilatının artırılacağı ilə bağlı xəbərlər nefti qismən ucuzlaşdırsa da, sonradan yenidən artımlar müşahidə olundu. Bazar iştirakçılarına aydındır ki, gündəlik hasilat 400 min barel artırılsa belə, pandemiya riski aradan qalxdığı təqdirdə bazarda ciddi dəyişiklik olmayacaq və dünyada neft rezervlərinin həcmində azalma davam edəcək. Hazırda bazarda tələblə müqayisədə 1-1,2 milyon barel daha az təklif var və hasilatın artımı bunu kompensasiya etməyəcək:

“İkinci faktor İranın bazara daxil olması məsələsi idi. Belə ki, Trampdan sonra nüvə enerjisi ilə bağlı müəyyən saziş məsələsi aktuallaşıb və bu özü də ilk informasiya olaraq bazarda qiymətlərə təsir etdi. Qısa müddətli dövrdə real nəticələrin əldə olunması ehtimalının az olması səbəbindən bazar qiymətlərin artım istiqamətli dinamikasına fokuslanıb. Delta ştammı indiki şərtlər daxilində müəyyən risklər yaratsa da, prosesin sonrakı inkişaf istiqaməti bu gün vaksinasiyanın sürətindən asılı olacaq”. 

Ekspertin sözlərinə görə, bugünkü müsbət tendensiya növbəti 7-8 ayda da davam edə bilər və dayanıqlı neft qiymətləri 70-75 dollar ətrafında qərarlaşa bilər. Həmçinin bir sıra faktorların təsiri və virusun yeni versiyalara keçməsi kimi hallar indiki halda nəyisə əvvəlcədən proqnozlaşdırmağı çətinləşdirir. Neft qiymətləri pandmiyadan əvvəlki 2015-2019-cu illərdəki qiymətlərə – 95 dollara çata bilər. Çünki bazarda eyforiya var, dünya rezervləri əhəmiyyətli səviyyədə azalıb. Burada OPEC və OPEC+ ölkələrinin qəbul edəcəyi qərarların təsiri də olacaq. Lakin hələlik proqnozlar pozitiv mərhələdədir”.

R. Həsənov əlavə edib ki, bu gün qlobal iqtisadiyyqat ciddi şəkildə təzyiqlər altındadır. Neftin bahalaşması qlobal iqtisadiyyatın oyunçuları tərəfindən narahatlıqla qarşılanır. Çünki bu, gələcəkdə pandemiyanın təsirlərinin aradan qaldırılması prosesinin gecikməsinə gətirib çıxara, iqtisadiyyatların yenidən 2019-cu il səviyyəsinə çatması müddətini uzada bilər. Bununla bağlı hansısa formada bazara müdaxilə olacaq və qiymətlərin kəskin şəkildə artması, 100 dollar və ya daha çox olmasının qarşısı birbaşa və dolayı yolla alınacaq.

“Neft ölkələri üçün də qiymətlərin artması əlverişli deyil. Çünki bütün dünyada istehsalın maya dəyəri artacaq və dolayısilə neft ölkələri iqtisadiyyatının idxaldan asılı olduğunu nəzərə alaraq həmin iqtisadiyyatların aldığı bütün mal və xidmətlərin dəyərinin artacağını deyə bilərik. Bu da neqativ tendensiyadır və hazırkı vaxtda müəyyən razılaşmalara gəlinəcəyini göstərir”, – deyə ekspert vurğulayıb. 

Könül

Ölkə.az

Mənbə – Olke.az

Etiketlər: İqtisadiyyat
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Teymur Rəcəbovun vəkil nənəsi vəfat edib

09 Fevral 2022

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Oxşar Xəbərlər
azxeber.com İqtisadiyyat

“Kontakt” bütün sevənləri 50 %-dək endirimlərlə sevindirir – KAMPANİYA BAŞLADI

04 Fevral 2022 5 5 Dəfə oxundu

“Sevdiyim şəxsi xatırlamaq üçün xüsusi bir günə ehtiyacım yoxdu” desəniz belə ona qəlbinizin dərinliyindən qopan sevginizi mənalı bir hədiyyə şəklində

İqtisadiyyat Trend.az

Mark Zukerberq bir gündə 29 milyard dollar itirib

04 Fevral 2022 3 2 Dəfə oxundu

Bakı. Trend: Meta Platforms Inc-in (FB.O) səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq cümə axşamı günü 29 milyard dollar

İqtisadiyyat Trend.az

Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

03 Fevral 2022 1 8 Dəfə oxundu

Bakı. Ləman Zeyanlova – Trend: Fevralın 4-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Avropa ölkələrindən, eləcə

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email