
“Neftçi”nin Çempionlar Liqası matçı öncəsi Gürcüstanda ilk məşqi – VİDEO
“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə ilk matçın hazırlığını davam etdirir.
Oxu.Az xəbər verir ki, dünən səhər saatlarında Gürcüstana yola düşən komandanın üzvləri “Zestafoni” klubunun məşq bazasında axşam məşqinə çıxıb.
[embedded content]
Qeyd edək ki, “Dinamo” ilə ilk oyun sabah Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək.