
Nazir müavini: “Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır”

“Azərbaycan və Pakistan arasında dost və qardaş münasibətləri var. Bu münasibətlər özünü strateji tərəfdaşlıqda büruzə verir”.
“Bu əlaqələr iqtisadi münasibətlərin dərinləşməsinə və iki ölkədə bazar imkanlarının istifadəsinə imkan verir”, – nazir müavini bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həm Pakistan dövlətinin, həm də Pakistan xalqının böyük dəstəyini hiss edib.