Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Trend.az
  3. Mingəçevir Dövlət Universitetinin rektoru magistrant məzunlarla görüşüb
 Mingəçevir Dövlət Universitetinin rektoru magistrant məzunlarla görüşüb
Trend.az

Mingəçevir Dövlət Universitetinin rektoru magistrant məzunlarla görüşüb

07 İyul 2021 2 3 Dəfə oxundu

Bakı. Trend:

2021-ci il 5 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilində universitetdən məzun olan magistrantlarla görüş keçirib.

Universitetdən Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə Ş.Bayramov, ilk növbədə, magistratura təhsil səviyyəsini uğurla başa çatdırdıqları üçün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib.
Pandemiya dövrünün mövcud çətinliklərinə baxmayaraq universitetin çoxşaxəli həyatında, o cümlədən dərslərdə, təlimlərdə, kollokviumlarda, imtahanlarda, elmi, sosial və ictimai tədbirlərdə magistrantların xüsusi fəallıqları ilə seçildiyini diqqətə çatdıran rektor karyera inkişafında qədəm qoyacaqları növbəti mərhələdə məzunlara uğurlar arzulayıb.

Universitetin strateji hədəfləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrində doktorantura təhsili və stajkeçmə perspektivləri, MDU-da işə qəbul imkanları, karyera məsləhətçiliyi xidmətləri və digər məsələlərdən söhbət açan Ş.Bayramov məzunlara vətənə, xalqa, dövlətə bağlı və cəmiyyətə faydalı yüksək ixtisaslı kadr olmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi, MDU ailəsinin üzvü olaraq universitetlə əlaqələrə xüsusi həssaslıqla yanaşmağı tövsiyə edib.

Yaradılan əlverişli təhsil mühitinə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən magistrant məzunlar MDU ailəsinin üzvü adını fəxrlə və layiqli şəkildə daşıyacaqlarına, təhsil aldıqları ali təhsil ocağının adını daim yüksək tutacaqlarına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, son dövrdə MDU-da tədris ilinin sonunda ali təhsilini başa vuran tələbə və magistrantlarla müxtəlif formatlı görüşlərin keçirilməsinə xüsusi önəm verilir, məzunlarla işin səmərəli təşkili və idarə edilməsi universitet rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.

Mənbə – Trend.az

Etiketlər: Cəmiyyət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Azərbaycanın BU RAYONLARI ləğv olundu

16 Fevral 2022

Bakıda polisə silahlı müqavimət göstərən şəxs məhv edildi

16 Fevral 2022

Dünyada koronavirusdan ölənlərin sayı 5,8 milyon nəfəri keçdi

16 Fevral 2022

“Ordudakı həbslərin Ramiz Tahirovla heç bir əlaqəsi yoxdur” – Hərbi ekspert

16 Fevral 2022

PSJ-dən son dəqiqə qolu, “Mançester Siti” 1/4 finalda

16 Fevral 2022

Fransada dəhşətli partlayış: 7 nəfər öldü, 11 mənzil dağıldı

16 Fevral 2022

7 kiloqramlıq qızıl tac, marşal rütbəli itə görə milli matəm, milyonluq avtomobillər

16 Fevral 2022

Evdə elektrik enerjisinə görə artıq ödənişi necə azaltmaq olar? 

16 Fevral 2022

Sabahdan Azərbaycanda COVID sertifikatlarının etibarlılıq müddətinə dair tələb dəyişir

16 Fevral 2022

Co Baydenlə Boris Conson Ukraynadan DANIŞDI

16 Fevral 2022

Oxşar Xəbərlər
Ann.az

Kəlbəcərdə son vəziyyət (VİDEO)

04 Fevral 2022 4 3 Dəfə oxundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda

Moderator.az

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb – FOTO

04 Fevral 2022 5 2 Dəfə oxundu

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.   Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.   Bildirilib ki,

Ann.az

Akademik: “Ulu öndərin Azərbaycanın milli sərvəti adlandırdığı AMEA tənəzzül dövrünü

04 Fevral 2022 4 7 Dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında baş verənlər cəmiyyətdə böyük rezonansa səbəb olub. Bir sıra insanlar, eləcə də AMEA strukturlarında

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email