
Mina xəritələrinin alınmasının iqtisadi-sosial əhəmiyyəti

“Qafqazinfo”nun məlumatına görə, məsələnin iqtisadi-sosial əhəmiyyətini qeyd edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib ki, bu diplomatik uğur Qarabağda iqtisadi quruculuq və məskunlaşma üçün əhəmiyyətlidir:
V.Qasımlı deyib ki, mina xəritələrini Azərbaycana təqdim etməklə Ermənistan ərazilərin minalanmasına çəkilən yüz milyonlarla xərcin səmərəsiz olduğunu bir daha başa düşdü:
V.Qasımlının sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ən böyük yaşayış məntəqəsi Ağdam və Füzuli, eləcə də Zəngilanın mina xəritələrinin əldə edilməsi, bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesini sürətləndirir.
V.Qasımlı bildirib ki, mina xəritələrini əldə etməklə, Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır: “Ağdam, Füzuli və Zəngilan hər bir biri nəqliyyat coğrafiyasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın növbəti diplomatik nailiyyəti bölgədə davamlı inkişaf, sülh və etimadın yaranması üçün vacibdir.”