Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Technote.az
  3. Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb
 Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb
Technote.az

Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb

05 İyul 2021 4 3 Dəfə oxundu

    Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllardan, brauzerlərdki autocomplete məlumatlardan və hətta ödəniş məlumatlarından ibarət böyük ölçülü məlumatlar bazasını aşkar ediblər. Maraqlısı ondadır ki, bütün bu məlumatlar bilinməyən zərərli proqram təminatı tərəfindən oğurlanıb və onun hansı zərərli proqram təminatı olduğu hələ təyin edilməyib. Ortaya çıxmış məlumatlar bazasının ümumi həcmi 1.2 TB (terabayt) təşkil edir. Sözügedən məlumatlar bazasının daxilində 26 milyon istifadəçi hesabı, 1.1 milyon elektron poçt ünvanı, 2 milyarddan çox cookies məlumatlar və 6.6 milyon digər fayllar mövcuddur.

<!– –>

    Bu məlumat sızıntısı barədə xəbəri NordLocker şirkətinin mütəxəssisləri veriblər. Aşkar edilmiş məlumatlar bazasının analizi onu göstərib ki, ayrı-ayrı hallarda istifadəçilər öz şifrələrini Notebook sistem tətbiqi vasitəsilə yaradılmış fayllarda sadə mətn şəklində saxlayıblar. Bundan əlavə olaraq mütəxəssislər bu məlumatlar bazasında milyondan çox foto və 650.000-dən çox Word və PDF formatlı sənəd aşkar ediblər. Bütün bu məlumatları oğurlamış zərərli proqram təminatı screenshot və veb kamera vasitəsilə fotolar da çəkə bilirmiş.

    Həmçinin məlum olub ki, məlumatlar bazasına daxil edilmiş məlumatların bir hissəsi messencerlərdən, elektron poçt servislərindən, fayl mübadiləsi tətbiqlərindən və s. kimi mənbələrdən əlavə edilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, aşkar edilmiş məlumatlar 2018-2020-ci illər arasındakı müddətdə oğurlanıblar. 3 milyona yaxın istifadəçi bu hadisənin qurbanına çevrilib. NordLocker şirkətinin mütəxəssisləri düşünürlər ki, bu hadisənin arxasında darkweb-də satılan zərərli proqram təminatı dayanır. Buna baxmayaraq mütəxəssislər sözügedən zərərli proqram təminatının növünü və hətta onun hansı sinif zərərli proqram təminatına aid olduğunu təyin edə bilməyiblər.

Mənbə – Technote.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 9 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email