Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. Milli Məclisin təxirə düşmüş iclasının vaxtı və gündəliyi açıqlanıb
 Milli Məclisin təxirə düşmüş iclasının vaxtı və gündəliyi açıqlanıb
Report.az

Milli Məclisin təxirə düşmüş iclasının vaxtı və gündəliyi açıqlanıb

05 İyul 2021 10 5 Dəfə oxundu

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

“Report”un xəbərinə görə, iyulun 9-da keçiriləcək toplantının gündəliyinə 13 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

10. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

12. “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

13. Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının iyulun 6-na təyin edilmiş iclası təxirə salınıb.

Mənbə – Report.az

Etiketlər: Milli Məclis
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Report.az

Milli Məclisin sədri Litvada səfərdədir

03 Fevral 2022 0 2 Dəfə oxundu

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib. Bu barədə “Report” Milli Məclisin

Report.az

Deputat: “Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var”

03 Fevral 2022 0 5 Dəfə oxundu

“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan

Report.az

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi

01 Fevral 2022 1 2 Dəfə oxundu

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfəri başlayıb Milli Məclisin sədri Sahibə Qafarovanın

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email