Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Publika.az
  3. Mal-qara arasında ölümcül xəstəlik yayıldı – VİDEO
 Mal-qara arasında ölümcül xəstəlik yayıldı – VİDEO
Publika.az

Mal-qara arasında ölümcül xəstəlik yayıldı – VİDEO

07 İyul 2021 6 5 Dəfə oxundu

Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.

Publika.az Report-a istinadən xəbər verir ki, bu xəstəlik Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.

Sahə baytar həkimi İlham Zeynalov bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir:

“Bu hər il yayılan xəstəlik deyil. Bu xəstəlik 10-15 ildən bir tək-tək təsərrüfatda yayılır. Əsasən mal bazarında və mal-qara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir”.

Sahibkar Bakir Qəhrəmanov bildirib ki, xəstəlik aşkar olunandan bu günə qədər bir neçə təsərrüfatda xeyli iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub:

“Sahə baytarları evə qədər gəlib mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər, ancaq gördükləri işlərin bir xeyri yoxdur. Heyvanların tələf olmasının qarşısının alınması üçün həkimlərin gördüyü tədbirlər nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu heyvan tələf olub. Gəlirlər, əziyyət çəkirlər, müalicə eləyirlər, amma yəqin ki, onun dərdini dəqiq tapsaydılar, 8 baş heyvanım ölməzdi”.

Sahibkar Allahverdi Qəhrəmanov isə deyib ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur:


<!–

(adsgarden = window.adsgarden || []).push({});–>

“Elə bir xəstəlikdir ki, yoluxdusa, mütləq heyvan ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas edə bilmir”.

Nadir hallarda rast gəlinən bu xəstəlik, mütəxəssilərin bildirdiyinə görə, yoluxucu deyil. Təmas zamanı nə heyvana, nə də insana keçici xüsusiyyəti var. Xəstəliyin yayılma qorxusu olmasa da, aşkarlandığı təsərrüfatda olan heyvanların məhvolma təhlükəsi böyükdür.

Sahə baytar həkimi İ.Zeynalovun sözlərinə görə, bu xəstəliyin heç bir qabalayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur:

“Bu təsərrüfatda baş verən xəstəlik “Yaman xataral isitmədir”. Heyvanların bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına diqqət yetirib, yaxşı örüşdə gərək otarasan. Mal-qaranı mütəmadi çimizdirmək və gənələrdən təmizləmək lazımdır. Bu xəstəliyə yoluxan mal-qaraların 95%-i tələf olur, 5%-inin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur”.

Rayon baytarlıq idarəsindən bildirilib ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.

[embedded content]

Mənbə – Publika.az

Etiketlər: Hadisə
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Baku.ws

Minalanmış ərazilərdən dəmir yığan şəxslər HƏBS OLUNDU

04 Fevral 2022 3 2 Dəfə oxundu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə icazəsiz daxilolmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin

Report.az

Azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub

04 Fevral 2022 3 2 Dəfə oxundu

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan

Report.az

Gəncədə ata və oğul bıçaqlanıb

04 Fevral 2022 2 2 Dəfə oxundu

Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaq xəsarəti alıblar. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email