Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Trend.az
  3. Lənkəranda “Beta” şirkətinə icarəyə verilən ərazidə işlər dayandırılıb
 Lənkəranda “Beta” şirkətinə icarəyə verilən ərazidə işlər dayandırılıb
Trend.az

Lənkəranda “Beta” şirkətinə icarəyə verilən ərazidə işlər dayandırılıb

05 İyul 2021 15 3 Dəfə oxundu

Bakı. Çingiz Səfərli – Trend:

Lənkəranda “Beta” şirkətinin icarəsinə verilən ərazidə monitorinqlərin aparılması məqsədilə işlər hələlik dayandırılıb. Hazırda ərazi təftiş olunur. Ola bilər ki, yerli əməkdaşlarımızın məsuliyyətsizliyinə görə orada bir neçə ağac kəsilsin. Bununla bağlı hazırda araşdırma aparılır.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, Azərbaycan çayı dünyada brenddir: “Azərbaycanda çay yalnız cənub bölgəsində yetişdirilir. Çayın məskəni Lənkəran olduğundan burada da bölgəyə uyğun çay bağının salınması prioritetdir, çay plantasiyasının salınması çox önəmlidir. Ona görə də Lənkərandakı meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı üçün qanunauyğun şəkildə icarəyə verilib. Sahibkara da hər bir ağacın prioritet olduğu bildirilib”.

Nazir müavini onu da qeyd edib ki, sözügedən ərazidə əvvəllər yerli camaatın qanunsuz tikdiyi tövlələr olub və mal-qara otarılıb: “Tərəfimizdən tövlələr sökülüb və mal-qara ərazidən çıxarılıb. Bilirsiniz ki, meşəyə ən böyük zərəri mal-qaranın otarılması vurur.
Aqrobağların salındığı geniş ərazidə bəzən qurumuş və ya inkişafdan qalmış iki-üç ağac götürülə və kol-kos çıxarıla bilər. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənib. Aqrobağın yaradılması, eyni zamanda çayçılığın inkişafında, mikroiqlimin formalaşmasında önəmli rol oynayır. Digər tərəfdən isə çay bitkisi mövsümi bitki olmadığı üçün bütün il boyu ona xidmət göstərilməsini tələb edir, çox sayda insanın iş yeri ilə təmin olunmasına şərait yaradır. Bu da 60-70 illik gəlir və iş yeri deməkdir”.

Mənbə – Trend.az

Etiketlər: Gündəm
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Busaat.az

Prezident onları vəzifəsindən azad etdi

04 Fevral 2022 1 1 Dəfə oxundu

Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub. Bununla əlaqədar Azərbaycan Prezidenti daha əvvəlki nazir müavinlərini

Trend.az

Cəbrayılda dağıdılmış evdən 160 mina tapılıb (FOTO)

04 Fevral 2022 1 1 Dəfə oxundu

Bakı. Trend: Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər

Trend.az

Səhiyyə nazirinin 4 müavini də işdən azad olundu

04 Fevral 2022 2 1 Dəfə oxundu

Bakı. Trend: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar. Trend Səhiyyə Nazirliyinə istinadən

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email