
Kürdə batan daha bir nəfərin meyiti tapıldı

Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun da axtarışları başa çatıb.
Metbuat.az FHN-ə istinadən xəbər verir ki, Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib