
Kriştiano Ronaldo hələ də qızları axtarır, Zinəddin Zidan isə Allah şükür edir ki…
“Facebook”-da “Ronaldo Fan” səhifəsində paylaşılan statusda deyilir ki, Kriştiano Ronaldo son müsahibəsində yenidən maraqlı bir məsələyə toxunub. Furtbolçu etiraf edib ki, 11-12 yaşı olanda ailəsinin pulu olmayıb: "Mən azyaşlı futbolçularla bir yerdə qalırdım. Ailəmi hər 3 aydan bir görürdüm. Bir uşaq üçün ailəsiz qalmaq çox ağır idi.
O vaxtlar azyaşlı futbolçuların bəziləri axşam saat 10-11 radələrində stadionun yaxınlığındakı “McDonads”a gedərdi. Arxa qapını döyüb, soruşardıq ki, kimsə yeməyinin artığını qoyub gedibmi? Orada Edna və daha iki qız işçi çalışırdı. Onlar bizə artıq qalan yeməkləri pulsuz verərdilər.

Sonralar o qızları tapmaq üçün çox çalışdım, nə qədər soraqladım. Ancaq hələ də onları tapa bilməmişəm. Ümid edirəm ki, bu müsahibədən sonra o qızlar üzə çıxacaqlar. Mən onları Turin (İtaliya) və ya Lissabondakı (Portuqaliya) evimə dəvət etmək istəyirəm. Birgə şam etməyimiz yaxşı olardı.
Mən həmin qızları tapmaq, onların yaxşılığına cavab vermək istəyirəm. Mənim üçün bu, çox vacibdir. Mən onların yaxşılığını heç vaxt unutmadım…
Sosial şəbəkələrdə fəallıq göstərən Zinəddin Zidan isə bu yaxınlarda son dərəcə təsirli bir status paylaşmışdı. Həmin statusu da sizlərə təqdim edirik: “Uşaq idim. Futbol oynamaq üçün ayaqqabım olmadı. Oturub hönkür-hönkür ağladım.
Bir müddət sonra ayaqları olmayan bir insan gördüm. Sarsıldım. Bu, məni düşünməyə vadar etdi. Özünüzdə olan şeylərin dəyərini bilin”.
Onu da qeyd edək ki, iki öl öncə Ronaldoya yemək verən Edna adlıq qadın tapılmışdı və Ronaldo ilə məmnuniyyətlə görüşəcəyini bildirmişdi.(Musavat.com)
Elbəyi Həsənli, Sürix
//www.facebook.com/Officialronaldofan7/