Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Siyasət
  3. Kolumbiya prezidenti Ivan Duke Azərbaycan səfirinin etimadnaməsini qəbul edib (FOTO)
 Kolumbiya prezidenti Ivan Duke Azərbaycan səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Siyasət Trend.az

Kolumbiya prezidenti Ivan Duke Azərbaycan səfirinin etimadnaməsini qəbul edib (FOTO)

06 İyul 2021 4 3 Dəfə oxundu

Bakı. Trend:

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti İvan Dukeyə təqdim edib.

Azərbaycanın Meksika Səfirliyindən Trend-ə verilən məlumata görə, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident İvan Dukeyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Öz tərəfindən təşəkkür edən Kolumbiya prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirən M.Talıbov, Azərbaycanla Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyini qeyd edib.

Azərbaycanla Kolumbiya arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcud olduğunu deyən səfir, ölkəmizin Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ölkəsinin də Azərbaycanla hər sahədə, xüsusilə də iqtisadi-ticari və sərmayə qoyuluşu istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Sonda Prezident İ.Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzu edib.

Mənbə – Trend.az

Etiketlər: Siyasət
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Ziya Məmmədovun oğlunun yerinə o seçildi – FOTO

12 Fevral 2022

Vaqonları söküb aparan maşınist və köməkçisi tutuldu

12 Fevral 2022

2 rayonda yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlandı

11 Fevral 2022

Avtobus aşdı: 22 ölü, 33 yaralı

11 Fevral 2022

“Nifrət edirdim, amma sonra onu sevməyə başladım…” – Vüsalə Əlizadə

11 Fevral 2022

Borclu abonent “Azərsu”nun əməkdaşını döydü

11 Fevral 2022

Mətbuat katibi SOCAR-ın vitse-prezidentinin müavini oldu

11 Fevral 2022

Bu ölkənin kralı koronavirusa yoluxdu

11 Fevral 2022

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

11 Fevral 2022

“Öncə Vətəndir” layihəsinin icrasına başlanıb

11 Fevral 2022

Oxşar Xəbərlər
Siyasət Trend.az

Bəzi MTK sahibləri öz binalarında qanuni kabel operatorlarının fəaliyyətinə imkan

04 Fevral 2022 4 11 Dəfə oxundu

Bakı. Elçin Mehdiyev – Trend: Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun Trend-ə müsahibəsi – İsmət müəllim, hazırda

Baku.ws Siyasət

Nazirdən Respublika Olimpiya Liseyinə YENİ TƏYİNAT

04 Fevral 2022 4 2 Dəfə oxundu

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinin direktoru dəyişib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rasim Muradov vəzifəsindən çıxarılıb. Onun əvəzinə

azxeber.com Siyasət

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşdü – FOTO

04 Fevral 2022 4 2 Dəfə oxundu

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub. AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email