
KİV: İran avtonom sualtı vasitə nümayiş etdirib

İran bu yaxınlarda təqdim etdiyi minaaxtaran gəmisinin göyərtəsində avtonom sualtı platformanı nümayiş etdirib.
Nəşr qeyd edir ki, platformanın kənarında “Made in Iran” sözləri yazılıb.
Bundan əvvəl nəşr HƏMAS-ın insansız sualtı platformalar yerləşdirdiyini bildirmişdi. Platforma kəşfiyyat məlumatları toplamaq, hədəfləri vurmaq və minaları təmizləmək üçün istifadə olunur.
İnsansız sualtı platformalar gəmilər və dənizdəki qaz platformaları kimi kritik milli infrastruktur üçün getdikcə daha çox təhlükəyə çevrilir.
İranın nümayiş etdirdiyi avtonom sualtı platforma İtaliyanın “Gaymarine SRL” şirkəti tərəfindən istehsal olunan “Pluton” vasitələrinə oxşayır. Bu vasitələr üzən və ya okean dibindəki minaları tapmaq və zərərsizləşdirmək üçün nəzərdə tutulub. Sualtı vasitə 1980-ci illərdə hazırlanıb və bunlardan 150-dən çoxu istehsal edilib. “Pluton” hazırda Norveç, Misir, Vyetnam, İspaniya və İtaliya tərəfindən istifadə edilir. Vasitə maksimum 400 metr dərinlikdə və təxminən iki saat fasiləsiz işləyə bilər.
Sevinc Əliyeva
Ordu.az