Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Report.az
  3. Kaxaber Tsxadadze: “Samir Abasov gələnədək “Neftçi”nin heç bir şansı yox idi”
 Kaxaber Tsxadadze: “Samir Abasov gələnədək “Neftçi”nin heç bir şansı yox idi”
Report.az

Kaxaber Tsxadadze: “Samir Abasov gələnədək “Neftçi”nin heç bir şansı yox idi”

06 İyul 2021 4 4 Dəfə oxundu

“Özüm Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim var. Bu müddətdə gözəl vaxt keçirdiyimdən, indi isə sizinlə yenidən bir arada olmaqdan çox məmnunam”.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Gürcüstanın “Dinamo” komandasının baş məşqçisi Kaxaber Tsxadadze evdə “Neftçi” ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis “Dinamo”nun prezidenti Georgi Pipiyanın “Neftçi”yə uduzmaq faciə deyil” açıqlamasını belə şərh edib: “Qarşıdakı matç hər iki kluba çox vacibdir. İstənilən uğur komandamız üçün öməmlidir. “Neftçi”ni çox yaxşı tanıyıram. Rəqibin oturuşmuş heyəti var. Biz isə onların üstünlüklərinin qarşısını almağa və zəif tərəflərindən yararlanmağa çalışacağıq”.

Baş məşqçi Bakı “İnter”ində (hazırkı “Keşlə”) baş məşqçi olduğu dövrlə indiki arasında müqayisə aparıb: “Azərbaycanda çalışdığım dövrdə çempionatın səviyyəsi yüksək idi, 4-5 klub qızıl medallar uğrunda mübarizə aparırdılar. “Qarabağ” komandasının hegemonluğuna son qoyan “Neftçi” illərdir apardığı mübarizəni çempionluqla tamamladı”.

O, Azərbaycanda 6 ildir çalışmadığını və bu müddətdə “Neftçi”də xeyli dəyişikliyin baş verdiyini vurğulayaraq, indiki məqamda hər hansı üstünlükdən danışmağın tez olduğunu söyləyib: “Rəqibin oyunu “Dinamo”nun üslubuna çox bənzəyir. Onlar da 3 mərkəz müdafiəçisindən yararlanırlar. Həmçinin, cinah oyunçuları çox güclüdürlər”.

Tsxadadze komandadakı bütün gənclərə şərait yaradılmasının vacibliyini dilə gətirib. O, hazırda yeni transferlər üzərində düşündüklərini, amma maddi sıxıntılar səbəbindən çətinlik çəkdiklərini vurğulıayıb: “Komandada bəziləri məni bəyənmir, amma bu, heç nəyi dəyişmir. Bu görüş öncəsi çempionat qarşılaşmamızın təxirə salınmasını istəyirdik. Təəssüf ki, Gürcüstan Futbol Federasiyası buna razılıq vermədi. Hər dörd gündən bir oyunun keçirilməsi problem deyil. Sadəcə, komandaya qoşulduğum bir ay ərzində cəmi 6 oyun keçirmişik. Bu da bir baş məşqçi üçün çox azdır. Belə bir məqamda sıx qrafiklə çalışmaq müəyyən çətinliklər yaradır”.

“Dinamo”nun baş məşqçisi “Neftçi”də onun rəhbərliyi altında oynamış hazırkı rəqib həmkarı Samir Abasov, eləcə də Voyislav Stankoviç və Sezar Meza Kolli barədə də fikirlərini bölüşüb: “Onları çox yaxşı tanıyıram. Abasovun “Neftçi”nin çempionluğunda böyük haqqı var. Onun gəlişi bu çempionluqda xüsusi rol oynadı. O, qoşulanadək bu komandanın “Qarabağ”la rəqabətdə heç bir şansı yox idi. Stankoviç aparıcı futbolçudur, bizim dövrümüzdə komandamıza qoşulmuşdu. Liderliyi “Neftçi”yə keçidində rol oynadı. Sezar Meza Kollinin təcrübəsi sabahkı oyunda öz təsirini göstərəcək. Mənim onunla heç bir problemim olmayıb. Futbolçunun özünün belə bir fikir səsləndirməsindən xəbərim yoxdur”.

Mənbə – Report.az

Etiketlər: Futbol
Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Afrika Millətlər Kuboku: Turnirin daha bir finalçısı məlum olub

04 Fevral 2022 4 2 Dəfə oxundu

Misirin milli futbol komandası Afrika Millətlər Kubokunun yarımfinalında Kamerun yığmasını penaltilər seriyasında məğlub edib. “Report” xəbər verir ki, qarşılaşma Kamerunun

Report.az

İspaniya Kuboku: “Atletik” “Real”ı məğlub edib

03 Fevral 2022 3 2 Dəfə oxundu

İspaniya Kubokunun 1/4 final matçında “Atletik” “Real Madrid”i qəbul edib. “Report” xəbər verir ki, qarşılaşma Bilbao şəhərinin “San-Mames” stadionunda baş

Report.az

“Real Madrid”in avtobusu azarkeşlərin hücumuna məruz qalıb

03 Fevral 2022 1 2 Dəfə oxundu

İspaniya Kubokunun 1/4 finalında “Atletik”in qonaqğı olacaq “Real Madrid” xoşagəlməz hadisə ilə üzləşib. “Report” xəbər verir ki, “kral klubunu” daşıyan

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email