
Kəlbəcərin bu kəndində hazırda 660 erməni yaşayır

Ermənilər hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasının Kəlbəcər rayonuna aid olan “Araçadzor” adlandırılmış Dovşanlı kəndində Milli Ordumuzun qalib gəldiyi II Qarabağ savaşından sonra normal həyatlarını sürməkdə davam edirlər.
“Kənddə hazırda 660 sakin var. 1 dekabr 2020-ci ildən 129 şagirdin təhsil aldığı məktəb və 25 körpənin getdiyi uşaq bağçası da açılıb. Müharibədən sonra kəndə digər ərazilərdən 22 erməni ailə köçürülüb.
Zəruri arayış:
Dovşanlı – Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Xaçın çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə bu kənddə yerləşmış ermənilər onun adını dəyişib “Aracadzor” kimi rəsmiləşdirmışlər. Tədqiqatçılar Aracadzor oykonimini ermənicə arc və dzor sözlərindən ibarət “ayı dərəsi” mənasını ifadə edən toponim kimi izah etmişlər. Əslində araça/araçı türk dillərində “qoruyucu, keşikçi”, zor/zur “təpə, zirvə” deməkdir…
1992-ci ildə kəndin keçmış adı yenidən bərpa edilib. Dovşanlı kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dovşanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Dovşanlı kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 44 günlük savaşdan sonra isə Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalıb…/moderator.az/