Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Metbuat.az
  3. İtaliya İspaniyanı məğlub edərək finala yüksəldi
 İtaliya İspaniyanı məğlub edərək finala yüksəldi
Metbuat.az

İtaliya İspaniyanı məğlub edərək finala yüksəldi

07 İyul 2021 4 4 Dəfə oxundu

İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşıblar.

Almaniyalı Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.
Matçın birinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığmasının cəhdləri heç bir nəticə verməyib və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Görüşün ikinci hissəsində komandalar qarşılıqlı olaraq təzyiqi artırmağa başlayıblar və bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunda hesab matçın 60-cı dəqiqəsində açılıb. İtaliyalıların qapıçı Donnarumma ilə başladığı sürətli əks-hücumu Federiko Kieza cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb – 1:0.
İspaniya yığması buna matçın 80-ci dəqiqəsində Alvaro Moratanın qolu ilə cavab verib.

Əvəzetmədən sonra meydana daxil olan A.Morata komanda yoldaşı Olmonun ötürməsindən sonra təkbətək çıxdığı qapıçı ilə dueldən qalib ayrılıb – 1:1.
Qalan dəqiqələrdə hesab dəyişməyib və matçın əsas vaxtı heç-heçə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər. Bu hissədə 4:2 hesabı ilə qalib gələn İtaliya komandası “Avro-2020″nin ilk finalçısı olub.

Final mərhələsinin digər iştirakçısı iyulun 7-də “Uembli” stadionunda keçiriləcək İngiltərə – Danimarka oyunundan sonra müəyyənləşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə – Metbuat.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Azərbaycanlı milyonçu bir mahnıya görə ona “Porshe Cayenne” bağışladı

15 Fevral 2022

Qadın qohumunun evindən külli miqdarda qızıl oğurladı

15 Fevral 2022

Qara kəmər ustası körpəyə 2 ayaq zərbəsi vurdu: AZYAŞLI ŞOKA DÜŞÜB

15 Fevral 2022

Hadisə ayrıldığı deyilən sevgilisinə bu sözləri yazdı

15 Fevral 2022

Milyarderin yaxtası yumurta atəşinə tutulacaq  

15 Fevral 2022

Efirdə cinayəti etiraf edən gəlinin uşaqları atasına qovuşdu – VİDEO

15 Fevral 2022

“Məmurlarla da işləyirəm” – Azərbaycanın ilk KVANT PSİXOLOQU Lent.az-a danışdı

15 Fevral 2022

“Formula 1” yarışının keçiriləcəyi tarix AÇIQLANDI

15 Fevral 2022

Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!®

15 Fevral 2022

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı

15 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 10 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 8 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 9 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email