Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Oxu.az
  3. İsveçdəki səfirimiz ölkəmizin AVRO-2020 oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib
 İsveçdəki səfirimiz ölkəmizin AVRO-2020 oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib
Oxu.az

İsveçdəki səfirimiz ölkəmizin AVRO-2020 oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib

06 İyul 2021 3 3 Dəfə oxundu

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov ölkəmizin AVRO-2020-nin oyunlarına ev sahibliyi etməsinə kölgə salmağa çalışanları ifşa edib.

AZƏRTAC xəbər verir ki, İsveçin ən nüfuzlu gündəlik “Svenska Dagblaget” qəzeti ölkəmizə qarşı qərəzli mövqenin əks olunduğu “Futbol üzrə Avropa çempionatının dörddəbir finalı təbliğat mənzərəsinin tərkib hissəsidir” sərlövhəli qərəzli məqaləyə Azərbaycan səfiri Zaur Əhmədovun cavab yazısını dərc edib.

Avropanın dırnaqarası demokratiyalarının 10 milyonluq Azərbaycan xalqının guya Avropanın böyük idman turnirinə ev sahibliyi etmək hüququna layiq olmaması ilə bağlı iftiraları ilə üzləşməkdən təəssüfünü bildirən Zaur Əhmədov ölkəmizə qarşı növbəti əsassız ittihamlarla dolu belə yazılarda yol verilən ayrı-seçkiliyin qəbuledilməz olduğunu bildirib.

“Ayrı-seçkilik xarakteri daşıyan əvvəlki yazı Azərbaycanın UEFA-nın üzvü olması, onun milli komandasının və klublarının qurumun himayəsi altında keçirilən müxtəlif yarışlarda müntəzəm çıxış etdiyini nəzərə almır. Məsələn, Azərbaycanın “Qarabağ” futbol klubu son 7 ildə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində çıxış edib. İdman təsisatı olaraq UEFA-nın bəzi Avropa dairələrinin sırf siyasi və islamofob münasibətini nəzərə almaması tam normaldır”, – deyə məqalədə bildirilir.

Qeyd olunur ki, Azərbaycana qarşı qərəzli ifadələrin istifadəsinə heç bir halda bəraət qazandırıla bilməz. Belə ifadələrin işlədilməsi, habelə dünyanın gündən-günə daha çox ehtiyac duyduğu mədəniyyət və dinlər arasında dialoqun təşviqi ilə bağlı xalqların ümumi məqsədlərinə xidmət etmir.

Sonda səfir Zaur Əhmədov diqqətə çatdırır ki, Avropanın idman və mədəni tədbirlərinin təşkilində iştirak heç bir halda təbliğat kimi qiymətləndirilə bilməz. Heç kəs unutmamalıdır ki, belə tədbirlərin əksəriyyəti məhz Avropa İttifaqı ölkələrində keçirilir.

Mənbə – Oxu.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Xavinin transfer planları

04 Fevral 2022

Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bilərlər”

04 Fevral 2022
Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022
Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də, 9 nəfəri

04 Fevral 2022
Anews.az

Dövlət Komitəs uşağı evdə tək qoyan ana ilə bağlı məlumat yayıb

04 Fevral 2022
Moderator.az

Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO

04 Fevral 2022
Metbuat.az

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs

04 Fevral 2022

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək, qar…

04 Fevral 2022

index.az

VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

04 Fevral 2022
Hit.az

“AzInTelecom”a yeni sədr təyin olundu

04 Fevral 2022
Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 8 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 6 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 6 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email