Bixeber.az Bixeber.az
  • İşçi tapma xidməti - İSCİ.AZ
  • Alış-veriş məkanı-HERSEYUCUZ.AZ
  • Ana Səhifə
  • Dünya
  • Sağlıq
  • Siyasət
  • Səyahət
  • Video
  • Biznes
  • İdman
  • Video
  • Kriminal
  • Şou
  • Avto
bixeber.az
  1. Ana Səhifə
  2. Fins.az
  3. İstirahətə gedənlərin DİQQƏTİNƏ: “Turizm obyektləri qiymətləri xeyli qaldırıb” – DEPUTAT
 İstirahətə gedənlərin DİQQƏTİNƏ: “Turizm obyektləri qiymətləri xeyli qaldırıb” – DEPUTAT
Fins.az

İstirahətə gedənlərin DİQQƏTİNƏ: “Turizm obyektləri qiymətləri xeyli qaldırıb” – DEPUTAT

06 İyul 2021 4 3 Dəfə oxundu

“Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir”.

Fins.az məlumat verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, monitorinqlər göstərir ki, bölgələrdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli yüksəldiblər:

“Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımlarının səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarın pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyi turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır”.

Deputat əlavə edib ki, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir:

“Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədə uyğun olar.

Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər. Amma bütün bunlar fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir.

Turizmin spesifik sahədə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.

Mənbə – Fins.az

Əvvəlki Xəbər
Növbəti Xəbər
Axtarış
Son Xəbərlər

Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək – RƏSMİ

18 Fevral 2022

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir

18 Fevral 2022

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

18 Fevral 2022

Ermənilərin Azərbaycan ərazisində mühəndis işlərinin qarşısı alındı – RƏSMİ

18 Fevral 2022

Kənddə evə BASQIN: Yaşlı qadını yatdığı yerdə…

18 Fevral 2022

Yolu kəsən TIR sürücüləri üzr istədilər -VİDEO

18 Fevral 2022

Dağlıq rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

18 Fevral 2022

İmtahanda inanılmaz hadisə: Maskanın içindən nələr çıxdı… -FOTO

17 Fevral 2022

Yaxın 3 gündə hava necə olacaq? – PROQNOZ

17 Fevral 2022

Bu hərbçilərə də “Müharibə veteranı” adı verildi

17 Fevral 2022

Oxşar Xəbərlər
Report.az

Azad Kərimli: “Onkoloji xəstələr müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin

04 Fevral 2022 12 2 Dəfə oxundu

2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595

Oxu.az

Azərbaycan neftinin qiyməti 95 dolları ötdü

04 Fevral 2022 10 1 Dəfə oxundu

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi. Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dolları və

Ordu.az

Erməni hərbi qulluqçunun qardaşı: “Niyə komandir 110 nəfəri endirsə də,

04 Fevral 2022 10 3 Dəfə oxundu

“Qardaşım 2001-2003-cü illərdə “Yeğnikner” deyilən yerdə qulluq edib. Sentyabrın 27-də mən və qardaşım bildiriş aldıq və toplanma yerinə getdik”. Ordu.az

Başlıqlar

İqtisadiyyat
Texnologiya
Film
Cəmiyyət

Saytlarımız

Herseyucuz.az
İsci.az
Bixeber.az

Qısa Yollar

Haqqımızda
Bizimlə Əlaqə

Bizi İzləyin

Tətbiqlərimizi Yükləyin

Abunə Olun

© 2022. Bütün müəllif hüquqları qorunur.
  • 0
    Facebook
  • 0
    Twitter
  • 0
    Viber
  • 0
    Pinterest
  • 0
    Whatsapp
  • 0
    Email